SON XƏBƏRLƏR

Yəməndə 6 iranlı qaçaqmalçı edam ediləcək

2025.10.23, 11:09
Yəməndə 6 iranlı qaçaqmalçı edam ediləcək

Yəmənin cənub-şərqində yerləşən Hadramaut əyalətinin Xüsusi Cinayət Məhkəməsi oktyabrın 22-də narkotik maddələrin qaçaqmalçılığında ittiham olunan 6 iranlını ölüm cəzasına məhkum edib.

Gunaz.tv

Bu haqda "Əl-Ərəbiyyə" məlumat yayıb.

Məlumata görə, onlar İrandan Yəmənə 3 ton narkotik maddə keçirdikləri zaman həbs olunublar.

Hökm Hadramaut əyalətinin Birinci İnstansiya Xüsusi Cinayət Məhkəməsinin hakimi Fəhd əl-Yazidinin sədrliyi ilə keçirilən açıq iclasında verilib.

Məhkəmənin hökmünə görə, iranlı qaçaqmalçıların edamı qılıncla başlarının kəsilməsi və ya güllələmək şəklində icra olunacaq.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar