SON XƏBƏRLƏR

İslam Respublikasında spirtli içkidən ölənlərin sayı artıb

2025.10.23, 16:19
İslam Respublikasında spirtli içkidən ölənlərin sayı artıb

2025-ci ilin aprel, may, iyun, iyul və avqust ayları ərzində ölkədə zəhərlənmələr nəticəsində baş verən ölümlərin 5%-i saxta spirtli içkilərdən zəhərlənmə səbəbindən olub.

Gunaz.tv

Bu haqda İran Tibbi Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ən çox zəhələnmə və ölüm halları sıra ilə Kərəc, Tehran, Məşhəd, Sari və Əhvaz şəhərlərində qeydə alınıb.

Qeyd edək ki, Beynəlxalq Səhiyyə Təşkilatının hesabatına əsasən, spirtli içkilərdən davamlı istifadə edənlərin sayına görə İran dünyada 9-cu yerdə dayanır.

İranın "Rudydad 24" xəbər saytı isə xüsusən son 3 il ərzində qanunsuz spirtli içkilərin satışı bir neçə dəfə artdığını yazıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar