SON XƏBƏRLƏR

Danimarkada İrana casusluq edən əfqanistanlı saxlanılıb

2025.11.05, 16:33
Danimarkada İrana casusluq edən əfqanistanlı saxlanılıb

Bu gün 42 yaşlı Əfqanıstan vətəndaşı Danimarkanın Orhus şəhəri yaxınlığındakı Riskov ərazisində həbs olunub.

Gunaz.tv

Bu haqda Danimarka polisi məlumat yayıb.

Məlumata görə,saxlanılan şəxs İrana casusluq və Almaniyada mümkün hücum planı ilə bağlı axtarışda olub.

Əməliyyat Danimarka kəşfiyyat xidməti ilə əməkdaşlıq çərçivəsində və Almaniya polisi nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Saxlanılan şəxs əvvəllər Almaniya hakimiyyəti tərəfindən qiyabi olaraq mühakimə edilib vəbarəsində həbs qərarı çıxarılıb.

İran tərəfi hələlik kimliyi açıqlanmayan casusun həbsi ilə bağlı açıqlama verməyinb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar