SON XƏBƏRLƏR

Təbrizdə hərbi təlim keçirilir

2025.11.15, 12:23
Təbrizdə hərbi təlim keçirilir

Dünən gün səhər saatlarından başlayaraq Təbriz şəhərində güclü partlayış səsləri eşidilib.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Günorta saatlarında Təbriz fərmandarlığı (icra hakimiyyəti) açıqlama yayaraq partlayış səslərinin hərbi manevrlə bağlı olduğunu bildirib.

Şəhid Təbstəbayi kazarmasında başlayan hərbi manevrin 3 gün davam edəcəyi bildirilib.

Təlimlərin məqsədi barədə əlavə açıqlama verilməyib.

Qeyd edək ki, dekabrın 4-də də Təbrizin yaxınlığında Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin iştirakı ilə “Səhənd-Anti-Terrorizm-2025” adlı birgə təlim keçiriləcək.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar