SON XƏBƏRLƏR

İran məhkəməsi ABŞ vətəndaşına qarşı 5 ittiham irəli sürüb

2025.11.20, 14:33
İran məhkəməsi ABŞ vətəndaşına qarşı 5 ittiham irəli sürüb

İran məhkəməsinin bu ölkəyə səfər etdikdən sonra həbs edilən 70 yaşlı İranəsilli Afərin Mühacurə qarşı irəli sürdüyü ittihamlar məlum olub.

Gunaz.tv

Bununla bağlı onun BŞ-də yaşayan oğlu siyasi fəal Rza Zərrab məlumat yayıb.

"Anam "düşmən qrupu yaratmaq", "düşmən qrupa üzv olmaq", "hökumətə qarşı təbliğat", "rəhbəri təhqir etmək" və "müqəddəsləri təhqir etmək"də günahlandrılıb",- o bildirib.

ABŞ-də fəaliyyət göstərən İran hökumətinə qarşı "Müxalif Düşüncə Mərkəzi Şurası"nın rəhbəri olan R.Zərrab anasının onun fəaliyyətlərinə görə saxlanıldığını deyib:

"Anam qurumun üzvü olmasa da, iclaslarda iştirak edib".

Qeyd edək ki, Afərin Mühacir sentyabrın 29-da İrana səfər etdiyi zaman Tehranın Xomeyni beynəlxalq hava limanında saxlanılıb.

O, istintaq təcridxanasına aparılıb, bir neçə gün dindirildikdən sonra Tehranın Evin həbsxanasına köçürülüb.

İran məhkəməsi rəsmi şəkildə Afərin Mühacirin həbs səbəbi və ona qarşı irəli sürülən ittihamlar barədə açıqlama verməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar