SON XƏBƏRLƏR

İranda saxta spirtli içkidən istifadə edən 4 əfər ölüb

2025.12.01, 11:09
İranda saxta spirtli içkidən istifadə edən 4 əfər ölüb

İranın Sistan və Bəluçistan əyalətinin Bəmpur rayonunda toy mərasimində spirtli içkidən istifadə edən 4 nəfər həyatını itirib.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, bununla yanaşı 3 nəfər kor olub və daha 3 nəfər ağır vəziyyətdə xəstəxananın reanimasiya bölməsinə yerləşdirilib.

Bir müddət əvvəl İra Tibbi Ekspertiza Mərkəzi də spirtli içikilərdən istifadə edənlərin sayının artığı barədə məlumat yayıb:

Məlumata görə, 2025-ci ilin aprel, may, iyun, iyul və avqust ayları ərzində ölkədə zəhərlənmələr nəticəsində baş verən ölümlərin 5%-i saxta spirtli içkilərdən istifadə ilə bağlı olub".

Beynəlxalq Səhiyyə Təşkilatının hesabatına əsasən, spirtli içkilərdən davamlı istifadə edənlərin sayına görə İran dünyada 9-cu yerdə dayanır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar