SON XƏBƏRLƏR

Sarabda iki azərbaycanlı fəal tutuqlanıb

2021.10.20, 07:36
Sarabda iki azərbaycanlı fəal tutuqlanıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Sarab şəhərində azərbaycanlı fəallar Səhənd Moali və Əli Səmədpur tutuqlanıblar.

 

Dünən saat 6 radələrində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları azərbaycanlı fəalların evlərinə hücum edib, onları ailələri ilə birlikdə təhdid və təhqir edəndən sonra yaxalayıblar. Həmçinin məmurlar hər iki fəalın evində axtarış aparıb və onlara aid kompüter, kitab, əlyazmalar və bir sıra şəxsi əşyaları zəbt ediblər.

 

ETTELAAT məmurları Səhənd Moalini iş yerinə aparıb və iş yerindəki kompüteri də zəbt ediblər.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəallar bundan öncə də  mədəni zəmindəki fəaliyyətlərinə görə müxtəlif təzyiqlərə məruz qalıblar.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar