SON XƏBƏRLƏR

"Traktor" Tehran təmsilçisini yarışlardan kənarlaşdırdı

2025.12.19, 11:06
"Traktor" Tehran təmsilçisini yarışlardan kənarlaşdırdı

Dünən dekabrın 18-də İran Klub Futbol Kubokunun 1/8 final mərhələsinin oyunları çərçivəsində Təbrizin "Traktor" və Tehranın "Persepolis" komandalarının oyunu keçirilib.

Gunaz.tv

Qarşılaşma Təbrizin Səhənd stadionunda keçirilib.

90 dəqiqə ərzində 1:1 bərabər olan hesab, təyin edilən 30 dəqqiqə əlavə vaxtda da dəyişmədiyi üçün oyunun nəticəsinin penaltı zərbələri ilə müəyyənləşdirilməsinə qərar verilib.

Penaltı zərbələrin nəticəsində isə "Traktor" komandası 8:7 hesabı ilə Tehran təmsilçisini məğlub edərək Kubok oyunlarından kənarlaşdırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar