SON XƏBƏRLƏR

İrana getməyin!- Norveç Xarici İşlər Nazirliyi

2025.12.23, 15:53
İrana getməyin!- Norveç Xarici İşlər Nazirliyi

Norveç Xarii İşlər Nazirliyi ölkə vətəndaşlarına İrana səfər etməmələri ilə bağlı yenidən xəbərdarlıq edib.

Gunaz.tv

Bu haqda Norveç XİN-nin sözçüsü Matias Ronqod bildirib.

O, İranəsilli Norveç vətəndaşı Şəhin Mahmudinin İrana səfər etdikdən sonra dekabrın 14-də həbs olunduğunu təsdiqləyib:

"İranda Norveç vətəndaşının həbsindən xəbərdarıq, ancaq məxfiliyə sadiq olduğumuz üçün əlavə məlumat verə bilmərik."

Norveç Xarici İşlər Nazirliyinin saytı isə İrana səfərlə bağlı xəbərdarlıq bölməsində ölkə vətəndaşlaının, xüsusən ikili vətəndaşlığı olanların İslam Respublikasına getməmələri barədə xəbərdarlığı yeniləyib:

"İranda saxlanılan İran-Norveç vətəndaşlarına Norveç səfirliyinin dəstək verməsi çox çətindir və praktik olaraq mümkün deyil."

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar