SON XƏBƏRLƏR

İranda iki min casus həbs edilib- Əbülfəz Şikarçi

2025.12.24, 10:03
İranda iki min casus həbs edilib- Əbülfəz Şikarçi

İsraillə 12 günlük müharibənin başlamasından bir neçə ay əvvəldən münaqişənin sonuna qədər İranda casusluq ittihamı ilə təxminən iki min nəfər həbs olunub.

Gunaz.tv

Bunu İran Silahlı Qüvvələrin Baş Qərargah rəisinin mədəniyyət işləri üzrə müavini Əbülfəz Şikarçi deyib.

“Casus və düşmən agentlərindən ibarət bu geniş şəbəkəsinin qurulması illər çəkib və bu insanların təlimi və təşkilinə böyük vəsaitlər xərclənib",- o bildirib.

 Ə.Şikarçi saxlanılanların kimliyi, həbslərin vaxtı və yeri, saxlama müəssisəsi və ya işlərin məhkəmə prosesi barədə əlavə məlumat verməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar