SON XƏBƏRLƏR

Almaniya parlamentinin vitse-prezidenti İrana qarşı sərt addımlar atmağa çağırıb

2026.01.16, 13:16
Almaniya parlamentinin vitse-prezidenti İrana qarşı sərt addımlar atmağa çağırıb

Almaniya parlamentinin vitse-prezidenti Omid Nuripur etirazların qəddarcasına yatırılmasını əsas gətirərək Berlini İran rəhbərliyinə qarşı təcili və real tədbirlər görməyə çağırıb.

Gunaz.tv

Bu barədə Nuripur X sosial şəbəkəsində paylaşım edib.

"Almaniya hərəkətə keçməlidir. Molla rejiminin qəddar hərəkətləri dərhal, nəzərə çarpan cavab tələb edir və cəzasız qalmamalıdır." - deyə o bildirib.

O, İran SEPAH-ı rejimin əsas repressiya aləti adlandırıb və Almaniya hökumətini SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb.

Nuripur həmçinin SEPAH-ın Almaniyadakı fəaliyyətinin qadağan edilməsini, İran rəsmilərinin və Keşikçilər ilə əlaqəli şəxslərin şəxsi aktivlərinin dondurulmasını, səyahət qadağalarının qoyulmasını və Tehranla diplomatik əlaqələrin kəsilməsini tələb edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar