SON XƏBƏRLƏR

İranlı din xadiminə ağır həbs cəzası verildi

2026.01.26, 16:00
İranlı din xadiminə ağır həbs cəzası verildi

İranda tanınmış tənqidçi din xadimlərindən olan və bundan əvvəl molla geyimindən isifadəsinə qadağa qoyulan  Həsən Ağamiri 8 il azadlıqdan məhrum edilib.

Gunaz.tv

Həbs qərarını İran Din Xadimlərinin Xüsusi Məhkəməsi verib.

O, "müqəddəsləri təhqir etmək", "rəhbəri təhqir etmək" və "milli təhlükəsizliyə zərbə vurmaq məqsədilə ictimai rəyi təhrik etmək"də günahlandırılıb.

Ağamiri həbs qərarına münasibət bildirb və bunun üçün narahat olmadığını deyib:

"Minlərlə insanın öldürüldüyü bir vaxtda barəmdə çıxarılan qərardan narahat olmaq şərəfsizlik olardı. O qədər dərd çəkdim ki, hansısına yas saxlayacağımı bilmirəm."

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar