SON XƏBƏRLƏR

İflas etmiş bankdan Avropadakı lüks əmlaklara: “Ayəndə Bankı” ətrafında yeni qalmaqal

2026.01.27, 07:04
İflas etmiş bankdan Avropadakı lüks əmlaklara: “Ayəndə Bankı” ətrafında yeni qalmaqal

Gunaz.tv

“Financial Times”ın araşdırma hesabatına görə, Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan iranlı bankir Əli Ənsari son illərdə Avropada təxminən 400 milyon avro dəyərində lüks əmlak şəbəkəsi yaradıb.

Hesabatda qeyd olunur ki, “Ayəndə Bankı”nın təsisçilərindən olan Ənsari bank vasitəsilə maliyyə vəsaitlərini SEPAH-a yönləndirməkdə ittiham olunur. Bu səbəbdən London onun 150 milyon funt sterlinqdən çox dəyərində aktivlərini dondurub.

Araşdırmaya əsasən, Ənsari Lüksemburq və Sent-Kits və Nevisdə qeydiyyatdan keçmiş şirkətlər üzərindən İspaniya, Almaniya və Avstriyada hotellər, ticarət mərkəzləri və digər lüks obyektlərə sahibdir.

Bu hesabatdan sonra bəzi fəallar və hakimiyyətin tənqidçiləri “Ayəndə Bankı” ilə bağlı əvvəlki iddiaları yenidən gündəmə gətiriblər. Onlar bankın maliyyə resurslarının əsas hissəsinin “hakimiyyətə bağlı güc şəbəkələrinin” nəzarətində olduğunu irəli sürür və Müctəba Xameneinin adını arxa plandakı əsas fiqur kimi hallandırırlar.

Rəsmi qurumlar isə bu iddiaları təsdiqləyən hər hansı məhkəmə sənədi və ya beynəlxalq hesabatın hələlik mövcud olmadığını bildiriblər.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar