Bu gün 1 fevral (günəş təqvimi ilə 12 bəhmən) İranda islam inqilabının banisi Ruhullah Xomeyninin sürgündən İrana qayıtmasının ildönümüdür.
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İranda internet tarifləri 40 faiz bahalaşıb
Bu gün 1 fevral (günəş təqvimi ilə 12 bəhmən) İranda islam inqilabının banisi Ruhullah Xomeyninin sürgündən İrana qayıtmasının ildönümüdür.
47 illik gərginliyin səbəbkarı və hakimiyyəti qəsb etdiyi gündən Orta Şərqdə davamlı çaxnaşmaların mənbəi olan Xomeyninin həyatı və fəaliyyətinə nəzər salaq.
Ruhullah Mustafavi Musəvi Xomeyni 1902-ci il sentyabrın 24-də İranın indiki Mərkəzi əyalətinin Xomeyn şəhərində dünyaya gəlib.
Uşaq yaşlarından dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənən Xomeyni 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunub. Burada bir müddət təhsil alan Xomeyni sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olub.
O, 1958-ci ildə əyalət, vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi 6 maddəlik mütərəqqi qanunun qüvvəyə minməsi ilə şah əleyhinə mübarizəyə başlayıb.
Xomeyni böyük mülkədar və feodalların mənafeini qorumaq üçün hakimiyyətin 1961-ci ildə torpaq islahatları aparması, eləcə də torpaqların kəndlilərə verilməsini qeyri-islami hərəkət adlandıraraq, xalqı bu islahata qarşı çıxmağa səsləyib. Bu təşəbbüsü ilə iyunun 5-də radikal mollapərəstlərlə hakimiyyət arasında qanlı qarşıdurmalara səbəb olan Xomeyni həbs edilərək Tehrandakı Eşretabad hərbi həbsxanasına aparılıb.
Həmin dövrdə ona qarşı daha ciddi cəzanın, hətta ölüm hökmünün verilməsi müzakirə edildiyi zaman azərbaycanlı nüfuzlu din xadimi Seyyid Kazim Şəriətmədari buna qarşı çıxıb, Məhəmmədrza şahı bu fikrindən daşındıra bilib. Eyni zamanda, edam hökmünün avtomatik qüvvədən düşməsi məqsədilə Şəriətmədari başqa bir neçə nüfuzlu din xadimini Xomeyniyə “ayətullah” dini rütbəsi verdirməyə razı salıb. Bununla da gələcəkdə özünün ən qatı rəqibi və düşməninə çevriləcək Ruhullah Xomeyninin həyatını qurtarıb.
1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edilən Xomeyni bir müddət orada qaldıqdan sonra İraqa keçib və Nəcəf şəhərinə yerləşib. O, burada 13 il sürgün həyatı keçirib.
Sürgün illərində Xomeyninin Pəhləvi hakimiyyətinə müxalif olmasına baxmayaraq, daim maddi dəstək görüb, rifah içində yaşayıb. Pəhləvi hakimiyyətinin tələbindən sonra İraqdan Fransaya göndərilən Xomeyni burada İran hakimiyyətinə qarşı olan müxalif təşkilat və şəxslərin dəstəyindən yararlanıb.
Həmin vaxt Amerika, İngiltərə nümayəndələri və xüsusi xidmət orqanlarının əməkdaşları onunla əlaqəyə girib, hakimiyyətə gətirildikdən sonra ölkələrinin maraqlarına toxunmayacağı qarşılığında İranda rejimin dəyişdirilməsi, Xomeyninin ölkəyə başçı olacağı üçün dəstək verməyə hazır olduqlarını bildiriblər.
Həmin dövr Pəhləviyə müxalif qüvvələr, o cümlədən, marksist cərəyanlar və Xalq Mücahidləri Təşkilatı İran əhalisinin dini duyğularını nəzərə alaraq Xomeyniyə ciddi dəstək veriblər.
1979-cu ildə İranda baş verən inqilabdan sonra Tehrana qayıdan Xomeyni öncə hakimiyyətdə gözü olmadığını desə də, qısa müddət ərzində radikal mollapərəstlərin, din adamlarının və sadə kütlənin dəstəyi ilə hakimiyyətə yiyələnir və İranın rəhbəri statusunu qazanır.
O, inqilabın qələbə ilə nəticələnməsində əməyi olan bütün təşkilat və siyasi şəxslərə, həmçinin, onun həyatını xilas etmiş Ayətullah Kazım Şəriətmədariyə qarşı repressiyalara əl atır. Hakimiyyətinin təhlükədə olduğunu görən və siyasi rəqibləri susdurmağın yollarını axtaran Xomeyni ilk günlərdən “İslam inqilabının ixracı” nəzəriyyəsini irəli sürür, nəzəriyyənin bütün dünyada, xüsusən, Orta Şərqdə islam inqilabının yayılmasının vacibliyini bildirir.
Bu nəzəriyyənin həyata keçirilməsi üçün ilk hədəf İraq seçilir. Xomeyni “Qüdsün yolu Kərbəladan keçir” şüarı ilə İraqa siyasi müdaxilə və hərbi hücuma əsas verir.
İran-İraq müharibəsi başlamadan əvvəl İraq hökuməti BMT-yə İran qüvvələrinin bu ölkənin sərhədlərini pozduğu, sərhəd postlarına çoxsaylı hücumları ilə bağlı dəfələrlə faktlar təqdim edib, şikayətlənib.
İki ölkə arasında müharibənin başlaması ilə Xomeyni müharibənin yaratdığı ümumi həyəcan və şəraitdən istifadə edərək ölkə daxilində olan bütün rəqiblərini sürətlə aradan götürməyə başlayıb. Həmin illərdə və müharibənin bitməsindən bir neçə gün sonra Xomeyninin birbaşa göstərişi ilə minlərlə siyasi fəal edam edilib. Rəsmi rəqəmlər edam edilənlərin sayının 4 min olduğunu göstərsə də, qeyri-rəsmi statistika bu sayın onminlərlə olduğunu bildirir.
8 illik müharibə dövründə İraq hökumətinin sülh barədə müraciətlərini dəfələrlə rədd edən Ruhullah Xomeyni ölkənin maddi və insan resurları tükəndiyi üçün BMT-nin 598 nömrəli qətnaməsini qəbul etməyə, özünün ifadəsi ilə “zəhəri içməyə” məcbur olur.
Bundan sonra ciddi zərbə alan və əvvəlki nüfuzunu itirən Xomeyni xəstələnir. O, 1988-ci il iyunun 3-ü gecə saatlarında Tehranda mədə xərçəngi diaqnozu ilə müalicə olunduğu xəstəxanada ölür.
Xomeyninin ölümündən sonra da onun “islam inqilabının ixracı” nəzəriyyəsi hakimiyyətin, xüsusilə radikal kəsim tərəfindən davam etdirilməkdədir.
Xomeyninin hakimiyyətə gəlişi ilə Orta Şərqdə qanlı müharibələr və daxili çəkişmələr başlayıb. Bu çəkişmələr hələ də davam etdiyi üçün bir çoxları Xomeyniyə Orta Şərqin “ölüm mələyi” adını veriblər.
Onun “İslam inqilabının ixracı” nəzəriyyəsinin həyata keçirilməsi üçün yaradılan siyasi-ideoloji təbliğat mərkəzləri, qurulan terror təşkilatları, Orta Şərqdə, İranla qonşu ölkələrdə, xüsusilə Azərbaycan Respublikasında hələ də fəsadlar törətməkdədir.
Bir çox nüfuzlu şərhçi və siyasi ekspertlər Xomeyninin hakimiyyətə gətirilməsini Amerika və İngiltərənin Orta Doğu ilə bağlı planlarının tərkib hissəsi olduğunu, Xomeyninin bununla bağlı adıçəkilən ölkələr qarşısında öhdəlik götürdüyünü bildirirlər.
İran hakimiyyətinin Amerikaya qarşı kəskin çıxışlarına baxmayaraq, Amerikanın illərdir Körfəz bölgəsində yerləşməsi, 2026-cı ilin yanvar ayında da növbəti dəfə bölgədə qüvvələrinin artırılması Xomeyni və onun irs qoyub getdiyi molla hakimiyyətinin əməllərinin nəticəsidir.
ABŞ-nin kprfəz bölgəsinə geniş səviyyədə qüvvə toplamasına, Tehran rejimini devrmək barədə tədidlərinə rəğmən, bunun baş verməsi gözlənilmir.
Ona görə ki, yuxarıda da qeyd olunduğu kimi indiki İran hakimiyyəti Qərbin, xüsusən Amerikanın mənafelərinin təmin olunması istiqamətində xidmətlərini davam etdirir.
Çin ilə ABŞ arasında davam edən iqtisadi, ticarət müharibəsinin ortasında olan zəifləmiş Xamənei isə yaranmış şərayitdən istifadə edərək, həm ideoloji nüfuzunu qoruya (hətta artıra), həm də ABŞ ilə dolayı və ya bir başa razılaşma yolu ilə hakimiyyətini davam etdrə bilər.
Belə olduqda və bu mərhələni də atlaya biləcəyi təqdirdə islam inqilabını ixrac etmək nəzəriyyəsi üzərində qurulan Xomeyni irsinin davamçısı olan Xamənei hakimiyyəti bölgə, xüsusən qonşu ölkələr üçün daha ciddi siyasi və ideoloji təhdid və təhlükəyə çevrilə bilər.
Buna görədə, İranda yaşayan xalqların talei və etiraz aksiyalarında öldürülən minlərlə insanın qanlarının hansısa dövlətlərin və qüvvələrin mənafeinə qurban verilə biləcəyi ehtimalını bəri başdan nəzərə almaq lazımdır.
Belə olduqda, sonrakı məyusluğun baş verməməsinin qarşısını almaq və gələcək hərəkətlər üçün doğru nəticə çıxarmaq mümkün olacaq.
Cavidan
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Tramp və Putin Rusiya dizel yanacağının ixracı ilə bağlı razılığa gəliblər
ABŞ: SEPAH rəsmiləri artıq xaricdə məşuqələri ilə görüşə bilməyəcəklər
Rubio: Əhəmənilər talançı idilər
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası