SON XƏBƏRLƏR

AEBA İranın nüvə mərkəzlərinə baxış keçirəcək - Tehran razılaşdı

2026.02.17, 14:43
AEBA İranın nüvə mərkəzlərinə baxış keçirəcək - Tehran razılaşdı

Bu gün İranın Ali Milli Təhlükəsizlik Şurası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) ölkənin nüvə obyektlərinə baxış keçirməsinə razılıq verib.

Gunaz.tv

Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əlaəddin Burucerdi məlumat verib.

“Rafael Qrossi Agentliyin baş direktoru kimi vəzifələrini yerinə yetirməyib və onun cəzalandırılması zəruri idi. Yoxlamaya icazə verməməyin əsas səbəbi Qrossinin İranın nüvə obyektlərinə edilən hücumu pisləməməsi idi",- Burucerdi əlavə edib.

O, İranın bütün nüvə fəaliyyətlərinin hələ də dinc xarakter daşıdığını iddia edib və Tehranın əvvəlki mövqeindən geri oturmasına aydınlıq gətirməyə çalışıb:

"İran bütün nüvə fəaliyyətlərinin hələ də dinc xarakter daşıdığını və NPT müqaviləsi çərçivəsində həyata keçirildiyini dünyaya elan etmək niyyətindədir. Nüvə danışıqlarına görə məsuliyyət Xarici İşlər Nazirliyində qalır, ancaq nüvə fəaliyyətləri ilə bağlı qərarları Ali Milli Təhlükəsizlik Şurası verir”.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar