SON XƏBƏRLƏR

Təhdid mesajları yayan iranlı qadın Belçikada həbs edilib

2026.03.13, 14:29
Təhdid mesajları yayan iranlı qadın Belçikada həbs edilib

Belçika federal polisi Sint-Trüden şəhərində 52 yaşlı iranlı qadını terrora çağırış və təhdid mesajları paylaşmaq ittihamı ilə həbs edib.

Gunaz.tv

Bu barədəBelçika federal polisi məlumat yayıb.

Onun 26 yaşlı oğlunun da eyni iş üzrə həbs edilib.

Limburq prokurorluğu qadının sosial mediada zorakılıq və hücum törətmə ehtimalından bəhs edən mesajlar paylaşmaqda şübhəli bilindiyini bildirib.

Kimliyi açıqlanmayan iranlı qadın TikTok-da yerləşdirilən videolara Xaməneinin əmrinə hazır olduğunu bildirib:

"Əgər rəhbər fətva verərsə, allaha and içirəm ki, özümə qumbara bağlamalı olsam belə canımı verəcəyəm".

Bildirilir ki, onun təhdid mesajları Avropada yaşayan və İslam Respublikasına qarşı açıq etiraz edən iranlılara qarşı yönəlib.

Videolarda o, İsrail və ya Amerika bayraqları ilə mitinqlərdə iştirak edən və İran hökumətini tənqid edən insanları hədəf alıb.

Prokurorluğun məlumatına görə, "hücum həyata keçirməklə hədələmə" və "hücum haqqında yalan xəbər yayma" ittihamları ilə bağlı istintaq aparılır. Hər iki şübhəli hazırda həbsdədir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar