SON XƏBƏRLƏR

İranlıların bu ölkəyə girişinə qadağa qoyuldu

2026.04.01, 21:25
İranlıların bu ölkəyə girişinə qadağa qoyuldu

Regionda gərginlik artdıqca iranlılara yeni məhdudiyyət tətbiq olundu.

Gunaz.tv

"Gunaz TV"nin məlumatına görə: bölgədə davam edən qarşıdurmalar fonunda "Emirates" hava yollarının rəsmi saytı iranlıların Birləşmiş Ərəb Əmirliklərinə girişinə və ya bu ölkə üzərindən tranzit keçidinə icazə verilmədiyini açıqlayıb.

Eyni zamanda "FlyDubai" şirkətinin saytında bildirilib ki, BƏƏ-nin "qızıl vizası"na sahib olan iranlılar bu məhdudiyyətdən istisna olunur.

Bu məhdudiyyətlər İran hakimiyyətinin bölgədə apardığı gərginlik siyasətinin birbaşa nəticəsi kimi qiymətləndirilir. Bu siyasət bir daha sadə insanların həyatına təsir edərək onların səyahət və hərəkət imkanlarını məhdudlaşdırıb.

Tənqidçilər bildirir ki, hakimiyyətin davam edən böhran yaradan yanaşması təkcə regionun təhlükəsizliyini sarsıtmır, eyni zamanda insanların səyahət, iqtisadi fəaliyyət və beynəlxalq əlaqələr sahəsində problemlərini daha da dərinləşdirir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar