SON XƏBƏRLƏR

İran yeni yerli ballistik raket istehsal edib

2021.10.20, 07:36
İran yeni yerli ballistik raket istehsal edib

Gunaz.tv

İran yeni yerli ballistik raket istehsal edib

GünazTV: İran mətbuatının yaydığı məlumatına görə, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələrinin komandanı, general Əmirəli Hacızadə bildirib : yeni raket “Arm” adlanır: “NATO-nun Türkiyənin Malatya şəhərində quraşdırdığı və Bəsrə körfəzində qurmağı planlaşdırdığı raket əleyhinə müdafiə sistemi (RƏMS) artıq raketimizə qarşı müdafiəsizdir. 

Bu sistemlər qurulduğu ölkələrin təhlükəsizliyini təmin etməkdən çox, İsraili qorumaq məqsədi daşıyır. Bu səbəbdən biz də boş oturmadıq. İlk iş olaraq “Arm” adlı yerli ballistik raket istehsal etdik. Bu raketlər hava hücumundan müdafiə əleyhinə quraşdırılmış bütün növ raket əleyhinə müdafiə sistemlərini vurmaq gücünə malikdir”. 

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar