SON XƏBƏRLƏR

Tramp: “İranın liderlərini aradan götürmüşük”

2026.04.21, 23:05
Tramp: “İranın liderlərini aradan götürmüşük”

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; ABŞ Prezidenti Donald Tramp nadir açıqlamalarından birində bildirib ki, ABŞ İranın liderlərini “aradan götürüb” və ölkədə hakimiyyət strukturunu ciddi təzyiq altında saxlayır.

Yayımlanan məlumatlara əsasən, Tramp deyib: “Biz onların liderlərini aradan götürmüşük… bu, bir rejim dəyişikliyidir, nə ad qoymaq istəyirsinizsə qoyun.”

O həmçinin vurğulayıb ki, ABŞ qısa müddət ərzində “İranın dəniz qüvvələrini, hava qüvvələrini və hava hücumundan müdafiə sistemlərini” məhv edib.

Bu açıqlamalar İranda vəziyyətin qeyri-müəyyən olduğu və hakimiyyət daxilində ciddi fikir ayrılıqlarının müşahidə edildiyi bir vaxtda səsləndirilir.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar