SON XƏBƏRLƏR

Tramp: hücumların yenidən başlaması ehtimalı var

2026.05.03, 13:26
Tramp: hücumların yenidən başlaması ehtimalı var

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə: ABŞ prezidenti Donald Tramp şənbə günü jurnalistlərlə söhbətində İranla bağlı açıqlamalar verib. O, təyyarəyə minərkən bildirib ki, İranın təqdim etdiyi yeni təklifin dəqiq mətnini nəzərdən keçirəcək.

Tramp İranla bağlı mümkün hərbi əməliyyatların bərpası barədə sualı cavablandırarkən deyib: “Bunu demək istəmirəm. Yəni bunu bir jurnalistə deyə bilmərəm. Əgər pis davranış göstərsələr, əgər səhv addım atsalar, amma hələlik görəcəyik. Lakin belə bir şeyin baş vermə ehtimalı var, şübhəsiz”.

O, həmçinin İranın “raket istehsal gücünün qalan 15 faizi” ilə bağlı suala cavabında bildirib: “Mən onu da məhv etmək istərdim... çünki bu, onlar üçün yenidən qurulmanın başlanğıcı olacaq; bəli, onu məhv etmək istərdim”.

Tramp bir neçə dəqiqə sonra “Truth Social” platformasında paylaşım edərək yazıb: “Yaxın zamanda İranın bizə yeni göndərdiyi planı nəzərdən keçirəcəyəm, amma düşünmürəm ki, qəbul edilə bilən olsun, çünki onlar son 47 ildə bəşəriyyətə və dünyaya etdiklərinə görə hələ kifayət qədər böyük bədəl ödəməyiblər”.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar