SON XƏBƏRLƏR

ABŞ hərbi təyyarələrinin Yaxın Şərqdə fəaliyyəti kəskin artıb

2026.05.03, 22:18
ABŞ hərbi təyyarələrinin Yaxın Şərqdə fəaliyyəti kəskin artıb

Gunaz.tv

Yaxın Şərq bölgəsində ABŞ-a məxsus hərbi təyyarələrin hərəkətliliyinin nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur. Bu artımın böyük hissəsini hərbi nəqliyyat və havada yanacaq dolduran təyyarələr təşkil edir.

Flightradar24 məlumatlarına görə, bu uçuş izləmə proqramı şənbə, 2 may tarixində Avropadan Yaxın Şərq ölkələrinə doğru hərəkət edən ABŞ hərbi təyyarələrinin sayında qeyri-adi artım qeydə alıb.

Məlumata əsasən, Al Jazeera tərəfindən də yayımlanan bu hesabatda qeyd olunur ki, bölgəyə göndərilən təyyarələrin əksəriyyəti C-17A Globemaster III tipli hərbi yük təyyarələridir. Bu təyyarələrin hər biri təxminən 77 ton avadanlıq və 100-ə yaxın şəxsi heyət daşımaq qabiliyyətinə malikdir.

Hesabatlara görə, azı 12 nəqliyyat təyyarəsi Yaxın Şərq istiqamətində hərəkətdə olub və onların bəziləri Almaniyadan bölgəyə yollanıb.

Eyni məlumatlara əsasən, Boeing KC-135 Stratotanker tipli yanacaq dolduran təyyarələr də bölgəyə istiqamətlənənlər arasında olub. Ən azı 4 belə təyyarənin İsrail ətrafında və qonşu ərazilərdə əməliyyat apardığı müşahidə edilib.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar