SON XƏBƏRLƏR

ABŞ SEPAH qayıqlarına zərbə endirdi

2026.05.04, 21:11
ABŞ SEPAH qayıqlarına zərbə endirdi

Gunaz.tv

CENTCOM açıqlayıb ki, ABŞ qüvvələri Hörmüz boğazında ticarət gəmiçiliyinə maneə yaratmağa çalışan altı kiçik İran qayığını məhv edib.

Gunaz TV-nin məlumatına görə, CENTCOM-un bəyanatında bildirilir ki, İran raket, pilotsuz uçuş aparatları və kiçik qayıqlardan istifadə edərək ABŞ-ın qoruduğu gəmilərə hücum edib.

Bəyanatda qeyd olunur ki, ABŞ qüvvələri cavab olaraq gəmiçilik marşrutlarında təxribat yaratmağa çalışan altı İran qayığını hədəfə alaraq məhv edib.

Bu hadisə ABŞ-ın “Azadlıq layihəsi” çərçivəsində Hörmüz boğazında əməliyyatlara başlaması fonunda baş verir və bölgədə gərginliyin daha da artdığına işarə edir.

 

GünAzTV
R.G

 

Tramp: ABŞ gəmiləri vurularsa, İran “yer üzündən silinəcək”

2026.05.04, 21:03

Tramp: ABŞ gəmiləri vurularsa, İran “yer üzündən silinəcək”


 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar