SON XƏBƏRLƏR

“Biz cavab verəcəyik”; BƏƏ-dən Tehrana sərt mesaj

2026.05.06, 22:55
“Biz cavab verəcəyik”; BƏƏ-dən Tehrana sərt mesaj

Ərəb körfəzi yeni bir böhranın astanasındadır.

Gunaz.tv

BƏƏ rəsmisi bildirib ki, Əbu-Dabi İranın hücumlarına cavab vermək üçün “tam və qanuni haqqını” özündə saxlayır və Tehranın addımları qarşısında susmayacaq.

Gunaz TV-nin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri İranın son hücumlarını regional təhlükəsizliyə birbaşa təhdid kimi qiymətləndirib və bu hücumların təkrarlanmamasını tələb ediblər.

Məlumatlara əsasən, yüksək vəzifəli BƏƏ rəsmisi İsrailə bildirib ki, Əbu-Dabi İranın hücumları qarşısında susmaq niyyətində deyil. Həmin rəsmi deyib: “İran bizə hücum edib, biz cavab verəcəyik.”

BƏƏ Xarici İşlər Nazirliyi də vurğulayıb ki, bu ölkə öz maraqlarına qarşı hər hansı təhdid və ya hücuma cavab vermək üçün “tam və qanuni haqqını” qoruyub saxlayır.

Bu açıqlamalar İran, ABŞ və Ərəb körfəzi ölkələri arasında son hücumlardan və Hörmüz boğazı böhranından sonra gərginliyin ciddi şəkildə artdığı bir vaxtda səsləndirilib.

Analitiklər hesab edir ki, BƏƏ-nin sərt mövqeyi Əbu-Dabinin İrana qarşı siyasətində dəyişiklik olduğunu göstərir və bölgədəki böhranı yeni mərhələyə keçirə bilər.

 

GünAzTV
R.G

BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir

2026.05.05, 20:12

BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir

 

İran yenidən BƏƏ-yə hücum etdi

2026.05.04, 23:33

İran yenidən BƏƏ-yə hücum etdi

 

BƏƏ İrandan atılan 3 raketin zərərsizləşdirildiyini bildirir

2026.05.04, 19:27

BƏƏ İrandan atılan 3 raketin zərərsizləşdirildiyini bildirir

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar