SON XƏBƏRLƏR

İngilis Mətbuatı: İranın Qərarı Sembolik Hərəkətdən Başqa Bir Şey Deyildir.

2021.10.20, 07:36
İngilis Mətbuatı: İranın Qərarı Sembolik Hərəkətdən Başqa Bir Şey Deyildir.

Gunaz.tv

İngilis Mətbuatı İranın Qərarı Sembolik Hərəkətdən Başqa Bir Şey Deyildir

GünazTV: İngilis mətbuatı, İranın İngiltərə və Fransaya xam neft ixracatını dayandırmasının "böyük ölçüdə sembolik olduğu" yazdı.

Times qəzetinin İqtisadiyyat Redaktoru Ian King, "Tahranın İngilis və Fransız şirkətlərinə neft satışını dayandırması böyük ölçüdə sembolik, çünki hər iki ölkə də haradasa İrandan heç neft almır. Ancaq bu, neft qiymətlərinin yüksələcəyi qəbulunu gücləndirəcək" deyə yazdı.

Avropa Birliyinin İrana istiqamətli sanksiyalarını İyul ayı başı etibarilə tətbiq edəcəyini bildirən King, ancaq hal-hazırda İspaniya və İtaliyadakı neft şirkətləri Tahrandan neft satın almağı dayandırdığını ifadə etdi.Ən böyük narahatlığın Yunanıstanla əlaqədar olduğuna diqqəti çəkən King yazısında, "Neftinin yüzdə 35ini İrandan alan Yunanıstan, Tahrana bu baxımdan mühtac vəziyyətdə. Bununla birlikdə Avropa Komissiyası, İranın xam neft satışını bütündən dayandırsa belə Avropada bir çətinlik yaşanmayacağını vurğuladı.Financial Times qəzeti İranın illik neft ixracatının təxminən dörddə birinə alıcı tapmaqda çətinlik çəktiyini bildirdi.  S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar