SON XƏBƏRLƏR

İsrail İrana zərbə barədə müstəqil qərar çıxaracaq

2021.10.20, 07:36
İsrail İrana zərbə barədə müstəqil qərar çıxaracaq

Gunaz.tv

GünAz TV: Bunu şənbə günü İsrail Silahlı Qüvvələrinin baş qərargah rəisi general Benny Gants bəyan edib.

Onun bu bəyanataı ABŞ (Amerika Birləşmiş Ştatları) prezidentinin  milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tom Donilonun İsrailə səfəriylə üst-üstə düşür.

Səfər zamanı əsasən İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət müzakirə olunmalıdır.

Bir sıra müşahidəçilər hesab edirlər ki, Donilon çox güman ki, İsraili İrana qarşı birtərəfli qaydada qərar qəbul etməməyə çağıracaq.

İsrailin müdafiə naziri Ehud Barak isə şənbə günü bir daha beynəlxalq aləmi İrana qarşı sanksiyaları (təhrim) kəskinləşdirməyə çağırıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar