SON XƏBƏRLƏR

İranda benzinin qiyməti artmaq üzrədir

2021.10.20, 07:36
İranda benzinin qiyməti artmaq üzrədir

Gunaz.tv

GünAz TV: “Subsidiyaların (subsid) yönəldilməsi üzrə layihə”nin icrasının ikinci fazası çərçivəsində İranda benzin, qaz, su, dizel və mazutun (black oil) qiyməti artırılacaq.

Bunu İranın sənaye, mədənlər və ticarət naziri Mehdi Qəzənfəri deyib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

2009-cu ilin oktyabrından (October) İran Parlamentində ölkə daxilində enerjidaşıyıcıların qiymətinin artırılması haqqında qanun və “Subsidiyaların yönəldilməsi üzrə layihə” təsdiq edilib. Qanuna əsasən, İranda neft, benzin və neft məhsullarının qiyməti tədricən artırılmalı və bu, enerjidaşıyıcıların FOB şərtlərilə Fars körfəzində satılan qiymətinin 90 faizindən aşağı olmamalıdır. Təbii qazın orta qiyməti isə ixrac olunan qazın qiymətinin ən azı 75 faizini (ƏDV ilə) təşkil etməlidir.

İran kütləvi informasiya vasitələrinin məlumatına əsasən, İrandan qonşu ölkələrə ən çox benzin və dizel məhsulları qaçaq yolla daşınır. Hazırda benzin istehlakı sutkada (24 saatda) 63 milyon litr təşkil edən İran bu neft məhsulunun satışına müəyyən limitlər (məhdudiyyət) qoyub. Rəsmi Tehran benzin subsidiyasının ləğvi ilə benzinin bir litrini 50-60 sentə satır. Bundan əlavə, hökumət çörək, elektrik enerjisi, su və qazın qiymətini dünya qiymətlərinə yaxınlaşdırmaq üçün bu sahədəki subsidyaları aradan qaldırıb.

İranda ev, sənaye kompleksləri, kənd təsərrüfatı sahəsində istifadə olunan qazın qiyməti 8-15 sent, avtomobillər üçün isə 25 sentdir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar