SON XƏBƏRLƏR

Amerika Konqresmeni Xocalı faciəsini bəşəriyyətə qarşı cinayət adlandırdı

2021.10.20, 07:36
Amerika Konqresmeni Xocalı faciəsini bəşəriyyətə qarşı cinayət adlandırdı

Gunaz.tv

GünAz TV: “Təəssüf ki, bu gün Azərbaycandan xaricdə Xocalının taleyinə kifayət qədər diqqət yetirən yoxdur”.

GünAz TV mətbuat mərkəzinin AzərTAc-a istinadən yaydığı məlumata görə, bunu ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupunun həmsədri Dən Boren bildirib. Xocalı faciəsinin 20 illiyi ilə bağlı verdiyi bəyanatda oklahomalı konqresmen diqqətə çatdırıb ki, yüksək səviyyəli rəsmi şəxslərin səlahiyyətlərindən biri də tanınması zəruri olan həqiqətləri üzə çıxarmaqdır. 1992-ci ilin fevralın (February) 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə erməni silahlı qüvvələrinin hücumu nəticəsində şəhər və onun sakinləri tamamilə məhv edilib. Amerika qanunvericisi xatırladıb ki, vaxtında Xocalı faciəsi beynəlxalq media tərəfindən, o cümlədən “Boston Globe”, “Vaşinqton Post”, “New-York Times”, “Finacial Times” qəzetləri və bir çox Avropa və Rusiya xəbər agentlikləri tərəfindən geniş işıqlandırılmayıb.

 Bəyanatda qeyd edilib ki, Xocalı şəhəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ərzində Azərbaycan mənşəli əhalinin ən böyük qırğına məruz qaldığı məkandır. Yeddi min əhalisi olan Xocalı hücumdan sonra tamamilə yerlə-yeksan edilib, yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib və yaralanıb.

 Dən Borenin sözlərinə görə, 20 il üstündən keçsə belə, münaqişə həll edilməyib. ATƏT-in (Amerika Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupunun həmsədr ölkələri prezidentlərinin son bəyanatına istinad edən konqresmen “status kvo”nu (mövcud vəziyyət) qəbuledilməz adlandırıb. O deyib: “Azərbaycan ABŞ-ın güclü strateji tərəfdaşı və dostudur. Xocalı faciəsi bəşəriyyətə qarşı cinayət idi. Mən, həmkarlarımı azərbaycanlılarla birgə bu faciəni anmağa çağırıram”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar