SON XƏBƏRLƏR

Əli Həsənov İranın həbs etdiyi şairlərimizdən danışdı

2021.10.20, 07:36
Əli Həsənov İranın həbs etdiyi şairlərimizdən danışdı

Gunaz.tv

GünAz TV: “Azərbaycan hakimiyyəti İranda həbsdə saxlanan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin (del Gerani) taleyi ilə bağlı beynəlxalq hüququn imkan verdiyi bütün addımları atır”.

Bunu bazar ertəsi jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.Həsənov İran hökuməti ilə danışıqların aparıldığını, İran hökumətinin bu insanları nəyin əsasında həbs etdiyinin və onların taleyi ilə bağlı nə düşündüyünün müvafiq qurumlar tərəfindən öyrənildiyini deyib.

 Xatırladaq ki,iki Azərbaycan vətəndaşı Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-dən İranda itkin düşüblər. İranın bəzi kütləvi informasiya vasitələri bu ölkədə həbsdə saxlanılan azərbaycanlı şairlər – Fərid Hüseyn və Şəhriyar Hacızadənin narkotik (müxəddir) maddələrin qaçaqmalçılığında və İsrailə casusluqda təqsirləndirildiyini iddia ediblər.Azərbaycan Xarici İşlər Nazirliyi isə İran mətbuatında gedən bu məlumatları təkzib edib.

Qeyd edək ki, İranda bu ən ağır ittihamlar sayılır və günahları sübuta yetiriləcəyi təqdirdə həmin şəxslər edam cəzasına məhkum edilə bilərlər. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar