SON XƏBƏRLƏR

Yunis Ağayan Aclıq Aksiyasına başlayıb

2021.10.20, 07:36
Yunis Ağayan Aclıq Aksiyasına başlayıb

Gunaz.tv

GünAz TV: Urmu şəhərinin zindanında məhbus həyatı yaşayan Əhli-Haqq məzhəbinə mənsub soydaşımız Yunis Ağayandan yeni xəbər var.

 

Edama məhkum edilmiş Yunis Ağayanın həyat yoldaşı bildirib ki, o, Urmu zindanında 20 gün öncə aclıq aksiyasına (etisab-i ğəza) başlayıb. Buna səbəb, məhbusun zindanın yeni bölümünə (bənd) köçürülməsi olub.

 

Ağayanın həyat yoldaşı əlavə edib ki, məhbusun səhhətində ciddi problemlər olduğu üçün, ondan aclıq aksiyasını dayandırmağı tələb etmək lazımdır. Lakin, məsullar məhbusla görüşə icazə vermədikləri üçün bu mümkün olmur.

 

Qeyd edək ki, Qoşaçaylı (Miyandoab) Yunis Ağayan edama məhkum edilib. O, bir neçə il öncə kütləvi davada daha bir neçə nəfərlə birlikdə tutuqlanıb və hazırda Urmu zindanında saxlanılır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar