SON XƏBƏRLƏR

Müfəttişlər İrana gedib

2021.10.20, 07:36
Müfəttişlər İrana gedib

Gunaz.tv

GünAz TV: İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərini qəbul edib və onlara istanbul danışıqlarını bərpa etməyi təklif edib.

Bu ölkə İngiltərə və Fransaya isə xam neft ixracını dayandırıb. Bu barədə İranın xarici işlər və neft nazirlikləri məlumat yayıb. Məlumata görə İran artıq Fransa və İngiltərənin neft şirkətlərinə xam neft və neft məhsulları satmayacaq. Rəsmi Tehran onların əvəzində başqa ölkələrə neft satmağı planlaşdırır.

Xatırladaq ki İranın Xarici İşlər Nazirliyi bir neçə gün öncə Fransa ,Hollandiya ,İtaliya ,İspaniya ,Yunaıstan və Portuqaliyanın Tehrandakı səfirlərini dəvət edərək Avropa Birliyinin İrandan neft alınmasını qadağan etməklə bağlı qəbul etdiyi qərarına bir daha baxılmasını istəmişdi. Qeyd edək ki qərara əsasasən iyulun (July) birindən etibarən İrandan xam neft itxalına qadağa qoyulub.

Bununla yanaşı İrana qarşı təzyiqlər davam edir. Beynlxalq bank və maliyyə telekommunikasiyası (irtibatlar...) vasitələri cəmiyyəti də İrana qarşı sanksiyalara (təhrim) qoşulacağını bəyan edib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar