SON XƏBƏRLƏR

Ordumuz cəbhə bölgəsində təlimlərə başlayıb

2021.10.20, 07:36
Ordumuz cəbhə bölgəsində təlimlərə başlayıb

Gunaz.tv

GünAz TV: Təlimlərə quru qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Müdafiə naziri Səfər Əbiyevin komandanlığı (fərmandehi) ilə cəbhə bölgəsində Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimləri başlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə quru qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub. Təlimlər bu həftənin sonunadək davam edəcək. Təlimlər zamanı son illər ordunun əldə etdiyi müasir silah və texnikadan istifadə olunacaq.

Xatırladaq ki, Ermənistan-Azərbaycan münaqişəsi ətrafında sülh danışıqları artıq 18 ildən çoxdur davam edir. Danışıqlar ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Qrupunun Amerika, Fransa və Rusiyanın həmsədrliyi institutunun vasitəçiliyi ilə keçirilir. Son illər tərəflər arasında Rusiya prezidentinin təşəbbüsü ilə də ondan çox görüş keçirilib. BMT TŞ-nin (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası) Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnaməsi olmasına, Minsk Qrupunun həmsədrlik institutunun vasitəçilik missiyasına və Rusiyanın təşəbbüslərinə baxmayaraq danışıqlarda irəliləyiş baş vermir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar