SON XƏBƏRLƏR

TÜRKİYƏDƏN “XOSUME İSTANBUL” SƏDASI GƏLƏCƏK

2021.10.20, 07:36
TÜRKİYƏDƏN “XOSUME İSTANBUL” SƏDASI GƏLƏCƏK

Gunaz.tv
TÜRKİYƏDƏN “XOSUME İSTANBUL” SƏDASI GƏLƏCƏK Bəs ermənilər “yurdda barış, cahanda barış” deyəcəklərmi? Türkiyənin dövlət teleradio korporasiyası erməni dilində efirə çixan radio təsis edəcək. Bu barədə dünən “Röyter” agentliyi xəbər yayıb. Radionun öz verilişləri ilə yaxın 2-3 ay ərzində efirə çıxacağı bildirilir. Hazırda Türkiyədə 40-50 min arasında etnik erməni var. Onların çoxu İstanbulda yaşayır. Ermənistanın Xarici İşlər Nazirliyi Türkiyə teleradio korporasiyasının müvafiq addımını şərh etməkdən boyun qaçırıb. Türkiyə tərəfinin versiyasına görə, erməni dilində radio yaradılması iki ölkə arasında münasibətlərin yaxşılışması istiqamətində atılacaq addımların tərkib hissəsidir. Bir müddət əvvəl xəbər verilirdi ki, yaxın illərdə Türkiyədə ermənidilli televiziya kanalı da yaradılacaq. Qeyd edək ki, Avropa İttifaqı və Avropa Şurası Türkiyə hökumətindən ölkə ərazisində kompakt yaşayan etnik azlıqlara bir sıra hüquqlar verilməsini tələb edir. Bu sırada milli azlıqların öz dillərində təhsil almaq, KİV quruluşları təsis etmək, öz mədəniyyət və adət-ənənələrini yaşatmaq və inkişaf etdirmək məsələləri var. Bu yaxınlarda kürd dilində verilişlər yayan telekanalın yaradılması buna misaldır. Ancaq 40-50 min ermənidən ötrü radio təsis edilməsinin arxasında daha ciddi siyasi səbəblər var. Bunu “Röyter” agentliyi də qeyd edir. Məlum olduğu kimi, son illər Türkiyə dövləti var qüvvəsi ilə ermənilərin könlünü almağa, onların “erməni genosidi” iddialarından əl çəkməsinə çalışır. Türkiyə tərəfinin etdiyi və edə biləcəyi güzəştləri qəbul edən etməyə həvəsli görünən ermənilər isə çox keçmədən bəyan edirlər ki, bütün bunlara baxmayaraq, onlar “tarixi ədalətin bərpa olunması” ideyasından əl çəkəsi deyillər və “erməni genosidi” bütün dünyada, o cümlədən Türkiyədə tanınmayana qədər dincəlməyəcəklər. Bir sözlə, müasir Türkiyə Respublikası 95-96 il əvvəl, Birinci Dünya Müharibəsi zamanı Avropada baş vermiş faciələrin girovuna çevrilib. Maraqlıdır ki, Türkiyədə sərt rejimlərin mövcud olduğu vaxtlarda ermənilər və onların havadarları bu xüsusda irəli gedə, bunu gündəmə çıxara bilmirdilər. Ancaq Türkiyədə rejim yumşaldıqca, sözəbaxan, güzəştə gedən olduqca ermənilər daha da qabağa gəlir, daha çox güzəşt istəyirlər. Söz yox ki, erməni radiosu yaransa da, Türkiyə-Ermənistan sərhədi açılsa da, hətta uydurma “erməni genosidi” tanınsa da, ermənilər bu dəfə Türkiyəyə qarşı ağlasığmaz ərazi iddiaları irəli sürəcəklər. تورکییه‌دن “خوسومئ ایستانبول” سداسی گله‌جک بس ائرمنی‌لر “یورددا باریش، جاهاندا باریش” دئیجکلرمی؟ تورکییه‌نین دؤولت تئلئرادیو کورپوراسیاسی ائرمنی دیلینده ائفیره چیخان رادیو تسیس ائده‌جک. بو باره‌ده دونن “رؤیتئر” آگئنت‌لیگی خبر یاییب. رادیونون اؤز وئریلیش‌لری ایله یاخین 2-3 آی عرضینده ائفیره چیخاجاغی بیلدیریلیر. حاضردا تورکییه‌ده 40-50 مین آراسیندا ائتنیک ائرمنی وار. اونلارین چوخو ایستانبولدا یاشاییر. ائرمنیستانین خاریجی ایشلر ناظرلیگی تورکییه تئلئرادیو کورپوراسیاسینین مووافیق آددیمینی شرح ائتمک‌دن بویون قاچیریب. تورکییه طرفی‌نین وئرسیاسینا گؤره، ائرمنی دیلینده رادیو یارادیلماسی ایکی اؤلکه آراسیندا موناسیبت‌لرین یاخشیلیشماسی ایستیقامتینده آتیلا‌جاق آددیم‌لارین ترکیب حیسه‌سی‌دیر. بیر مدت اول خبر وئریلیردی کی، یاخین ایللرده تورکییه‌ده ائرمنیدیل‌لی تئلئویزیا کانا‌لی دا یارادیلا‌جاق. قئید ائدک کی، آوروپا اتفاقی و آوروپا شوراسی تورکییه حکومتین‌دن اؤلکه اراضی‌سینده کومپاکت یاشایان ائتنیک آزلیق‌لارا بیر سیرا حقوق‌لار وئریلمه‌سینی طلب ائدیر. بو سیرادا میللی آزلیق‌لارین اؤز دیل‌لرینده تحصیل آلماق، کیو قورولوش‌لاری تسیس ائتمک، اؤز مدنیت و عادت-عنعنه‌لرینی یاشاتماق و اینکیشاف ائتدیرمک مسئله‌لری وار. بو یاخین‌لاردا کورد دیلینده وئریلیش‌لر یایان تئلئکانالین یارادیلماسی بونا مثال‌دیر. آنجاق 40-50 مین ائرمنی‌دن اؤترو رادیو تسیس ائدیلمه‌سی‌نین آرخاسیندا داها جدی سیاسی سبب‌لر وار. بونو “رؤیتئر” آگئنت‌لیگی ده قئید ائدیر. معلوم اولدوغو کیمی، سون ایللر تورکییه دؤولتی وار قوه‌سی ایله ائرمنی‌لرین کؤنلونو آلماغا، اونلارین “ائرمنی گئنوسیدی” ادعا‌لارین‌دان ال چکمه‌سینه چالیشیر. تورکییه طرفی‌نین ائتدیگی و ائده بیلجیی گذشت‌لری قبول ائدن ائتمه‌یه هوس‌لی گؤرونن ائرمنی‌لر ایسه چوخ کئچمه‌دن بیان ائدیرلر کی، بوتون بون‌لارا باخمایا‌راق، اونلار “تاریخی عدالتین برپا اولونماسی” ایدئیاسین‌دان ال چکه‌سی دئییل‌لر و “ائرمنی گئنوسیدی” بوتون دونیادا، او جمله‌دن تورکییه‌ده تانینمایانا قدر دینجلمه‌یه‌جک‌لر. بیر سؤزله، معاصر تورکییه رئسپوب‌لیکاسی 95-96 ایل اول، بیرینجی دونیا محاربه‌سی زامانی آوروپادا باش وئرمیش فاجعه‌لرین گیرووونا چئوریلیب. ماراق‌لی‌دیر کی، تورکییه‌ده سرت رئژیم‌لرین مؤوجود اولدوغو واخت‌لاردا ائرمنی‌لر و اونلارین هاوادارلاری بو خوسوسدا ایره‌لی گئده، بونو گوندمه چیخارا بیلمیردی‌لر. آنجاق تورکییه‌ده رئژیم یومشالدیقجا، سؤزباخان، گذشته گئدن اولدوقجا ائرمنی‌لر داها دا قاباغا گلیر، داها چوخ گذشت ایستییرلر. سؤز یوخ کی، ائرمنی رادیوسو یارانسا دا، تورکییه-ائرمنیستان سرحدی آچیلسا دا، حتی اویدورما “ائرمنی گئنوسیدی” تانینسا دا، ائرمنی‌لر بو دفعه تورکییه‌یه قارشی آغلاسیغماز اراضی ادعا‌لاری ایره‌لی سوره‌جک‌لر. موساوات.جوم musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar