SON XƏBƏRLƏR

İRAN AVROPA BİRLİYİNİ CAVABLADI: NEFT İXRACI DAYANDI

2021.10.20, 07:36
İRAN AVROPA BİRLİYİNİ CAVABLADI: NEFT İXRACI DAYANDI

Gunaz.tv

İRAN AVROPA BİRLİYİNİ CAVABLADI: NEFT İXRACI DAYANDIGünaz TV:  Avropa İttifaqının iyul ayından İran neftinin idxalına embarqo tətbiq etməsinə cavab olaraq İran Britaniya və Fransaya nefti ixraxını durdurdu. Bunu İran rəsmiləri söyləyib."Britaniya və Fransa şirkətlərinə neftin satışı dayandırılıb", - İranın Neft Nazirliyinin mətbuat katibi Əlirza Nikzad Rəhbər Nazirliyin saytında yayımlanmış bildiridə söyləyib. ara sıra İran mediasında bu tip xəbərlər gedirdisə də İran rəsmiləri təkzib edirdilər.Neft Nazirliyinin sözçüsü bildirmişdir ki, bu barədə hər hansı qərarı İranın Ali Milli Təhlükəsizlik Şurası verəcək.İran Səudiyyə Ərəbistanından sonra 2-ci ən böyük neft istehsalçısıdır.Ölkə hər gün 3.5 milyon barel neft istehsal edir və onun 2.5 milyonunu ixrac edir.İxracatın 20 faizə yaxını Avropa Birliyi ölkələrinə, o cümlədən İtaliya, İspaniya və Yunanıstana gedir.

M.R

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar