SON XƏBƏRLƏR

İran Ekspertlər Məclisində qarşıdurma

2026.06.29, 12:46
İran Ekspertlər Məclisində qarşıdurma

Amerika və İran danışıqları ilə bağlı İran Ekspertlər Məclisinin üzvləri arasında zidiyyət və qarşıdurma yaranıb.

Gunaz.tv

Bununla bağlı İran Ekspertlər Məclisinin katibliyi bəyanat yayıb.

88 nəfərlik Məclis üzvünün 62-nin imzaladığı bəyanatda bundan əvvəl Ekspertlər Məclisi adından yayılan bəyanatın "qeyri-ənənəvi" və "birliyə qarşı" olduğu vurğulanıb.

Həmçinin az sayda məclis üzvünün imzaladığı bəyanatın Ekspertlər Məclisinin mövqeini əks etdirmədiyi bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ekspertlər Məclisi adından yayılan bəyanatda Donald Tramp və Benyamin Netaniyahunudan qısas alınması, danışıqların dayandırılması, Müctəba Xaməneinin göstərişlərinə əməl edilməsi tələb olunub və Hörçüz boğazının açılması stratejik səhv adlandırılıb. 

İran Ekspertlər Məclisi ölkənin ali dini-siyasi rəhbərini (Ayətullahı) seçmək, onun fəaliyyətinə nəzarət etmək və zəruri hallarda vəzifəsindən azad etmək səlahiyyətinə malik əsas konstitusiya orqanıdır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar