SON XƏBƏRLƏR

Avropa çempionu müəyyənləşdi

2021.10.20, 07:36
Avropa çempionu müəyyənləşdi

Gunaz.tv

GünAz TV: Euro 2012 futbol turnirinin final matçında İspaniya İtaliyaya 4-0 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.

La Roja-nın Kiyevdəki qələbəsi onları həm də üç beynəlxalq turniri qazananan yeganə komanda (tim, takım) kimi tarixə salıb.

Vicente del Bosque-un təlim keçdiyi futbolçular turnir boyunca gözlənildiyindən zəif oyun nümayiş etdirmişdilər və onların oyunlarının "getdikcə yorucu hal almağa başladığı" da deyilirdi.

İngiltərənin Arsenal klubunun meneceri (müdir, yönətici) Arsene Wenger də final matçından önce İspanyanı "öz fəlsəfələrinə xəyanət edərək mənfiyə çevrilməkdə" günahlandırmışdı.

Ancaq Kiyevdəki finalda İtaliya ilə yarış başlar başlamaz qurduğu hücum və artan temp futbolsevərlərə fərqli bir oyunun onları gözlədiyindən xəbər verirdi.

Məşqçi Vicente del Bosque İspaniyanın "böyük futbolçular nəslini" alqışlayıb. "Onlar birlikdə necə oynamağı bilirlər, çünki onlar düzgün oynamağı bacaran ölkədən gəlirlər. Bu, İspaniya futbolunun böyük erasıdır". N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar