SON XƏBƏRLƏR

Türkiyə-Suriya sərhədində gərginlik artır

2021.10.20, 07:36
Türkiyə-Suriya sərhədində gərginlik artır

Gunaz.tv

GünAz TV: Bu gün Türkiyə Suriya ilə sərhədində 6 ədəd F-16 təyyarəsini havaya qaldırıb.

Buna səbəb Suriya hərbi helikopterlərinin Türkiyə sərhədinə tərəf hərəkət etməsi olub.

Suriya helikopterləri Türkiyənin hava sərhədlərini pozmadığına görə qarşıdurma yaranmayıb.

Silahlı qüvvələrin açıqladığı bəyanatda deyilir ki, Suriya helikopterinin üç dəfə bölgədə uçmasından sonra F-16 tipli hərbi təyyarələr havaya qalxıb. Türkiyə silahlı qüvvələri qarşıdurmanın harada baş verdiyini qeyd etməyib.

Qeyd edək ki, Təyyarələrin uçuşları Türkiyənin iyunun (June) 22-də Suriya silahlı qüvvələri tərəfindən təyyarənin vurulmasına cavab olaraq, Suriya tərəfdən ölkə sərhəddinə hər hansı hərbi texnikanın yaxınlaşmasını təhlükə kimi qəbul edəcəyini bəyan etməsindən bir neçə gün sonraya təsadüf edib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar