SON XƏBƏRLƏR

Türkiyədə “Xocalıya ədalət” kampaniyası çərçivəsində sərgi açılıb

2021.10.20, 07:36
Türkiyədə “Xocalıya ədalət” kampaniyası çərçivəsində sərgi açılıb

Gunaz.tv

GünAz TV: Fevralın (February) 17-də İstanbulda “Taksim” metro stansiyasında (istqah) Xocalı faciəsinə həsr olunmuş iki günlük foto və rəsm sərgisi açılıb.

GünAz TV mətbuat mərkəzinin Lent.az-a istinadən yaydığı məlumata görə, sərginin açılış mərasimində Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş Katibi səfir Halil Akıncı, Azərbaycanın millət vəkili Ceyhun Osmanlı, o cümlədən faciənin şahidləri çıxış ediblər. Onlar öz çıxışlarında faciə ilə bağlı dünyanın bir çox ölkələrində aparılan təbliğat işini daha da gücləndirməyi tövsiyə edib, dünya ictimaiyyətini Xocalı qırğınını törədənləri hüquqi məsuliyyətə cəlb etmək üçün səy göstərməyə çağırıblar. Mərmərə Universiteti Türk Araşdırmaları kafedrasının dosenti (ərşəd müdərris) Nesrin Sarıahmedoğlu faciənin mahiyyətini və tarixi aspektlərini (cəhətlərini) özündə əks etdirən “26 fevraldan bu günə qədər” adlı mövzu ilə çıxış edib.

 “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası 2008-ci il 8 may, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru (həmahəng edən) Leyla Əliyeva tərəfindən irəli sürülmüşdür. Hal-hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 30-dan çox ölkəsində uğurla həyata keçirilir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar