SON XƏBƏRLƏR

İran İsrailə meydan oxudu

2021.10.20, 07:36
İran İsrailə meydan oxudu

Gunaz.tv

GünAz TV: "İsraili İranla müqayisə etmək yolverilməz səhvdir. Əgər sionistlərin İrana hücum etmək gücü olsaydı, bunu çoxdan həyata keçirərdi".

Bunu İranın İnqilab Keşikçiləri Korpusunun (Sepah)  Hərbi Hava qüvvələri komandanı (fərmandehi) general Əmir Əli Hacızadə deyib. 2006-cı ildə İsraillə Hizbullah arasında baş verən 33 günlük müharibəni xatırladan iranlı general qeyd edib ki, İsrail dövləti o zaman kiçik bir qrupa məğlub oldu. General Əmir Əli Hacızadə bildirib ki, əgər İsrail İrana hücum etsə, rəsmi Təl-Əvivə hərbi dəstək ABŞ-ın (Amerika Birləşmiş Ştatları) bölgədəki bazalarından (payqah) olacaq. İran rəsmisi ABŞ-a da xəbərdarlıq edib. Onun sözlərinə görə, rəsmi Vaşinqton bölgədə yarana biləcək təhlükəni nəzərə alaraq bu cür ciddi məsuliyyəti üzərinə götürməməlidir. Çünki sionist güclər bu addımı atarsa, İsrail dövləti yer üzündən silinə bilər.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar