SON XƏBƏRLƏR

Almanya Respublika Başçısı Christian Wulff Vəzifəsindən İstefa Etdi.

2021.10.20, 07:36
Almanya Respublika Başçısı Christian Wulff Vəzifəsindən İstefa Etdi.

Gunaz.tv

Almanya Respublika Başçısı Christian Wulff Vəzifəsindən İstefa Etdi.

Günaz TV: Haqqındakı iddialar səbəbiylə toxunulmazlığı qaldırılmaq istənən Almaniya Respublika başçısı Wulff istefasını açıqladı. İstefa xəbəri, prokurorluğun(savcılıq) parlamentdən Wulffun toxunulmazlığının qaldırılması tələbinin ardından gəldi.Christian Wulff, etdiyi açıqlamada, xalqın güvəninin zədələnilməsi üzərinə bu qərarı aldığını dedi. İtaliya gəzintisini ləğv edən Baş nazir Angela Merkel, Wulffun istefasından dərin kədər duyduğunu qeyd etdi.Merkel, koalisiya ortaqlarının müxalifətlə görüşərək, respublika başçısı üçün yeni bir ad təyin edəcəklərini qeyd etdi.Hannover Prokurorluğu, Aşağı Saksonya Əyaləti Baş naziri olduğu dövrdə vəzifəsini sui-istifadə etdiyi iddiasıyla Respublika başçısı Christian Wulffun toxunulmazlığının qaldırılması üçün Federal Məclisə müraciət etmişdi. S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar