SON XƏBƏRLƏR

Vaşinqton ETTELAAT-a sanksiya tətbiq edib

2021.10.20, 07:36
Vaşinqton ETTELAAT-a sanksiya tətbiq edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları ETTELAATa (İran Kəşfiyyat Nazirliyi) sanksiya (təhrim) tətbiq edib.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, bununla bağlı ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Maliyyə Nazirliyi açıqlama yayıb.

Qərara əsasən, ETTELAAT-ın ABŞ-dakı bütün bank hesabları və əmlakı dondurulub, eyni zamanda nazirlik rəhbərliyinin və işçilərinin bu ölkəyə girişinə, mülkiyyətdən istifadəsinə, eləcə də ABŞ vətəndaşları və şirkətləri ilə istənilən əməkdaşlığına qadağa qoyulub. Buna səbəb kimi ETTELAAT-ın Suriya hakimiyyətinə yardım göstərməsi, İranda insan haqlarının kobud şəkildə pozulması, “Əl-Qaidə”, “Hizbullah” və HƏMAS-a dəstək verməsi göstərilir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar