SON XƏBƏRLƏR

İsrail terror təhlükəsi səbəbindən Xəzəryanı ölkələrə planlaşdırılan bütün səfərləri ləğv etdi

2021.10.20, 07:36
İsrail terror təhlükəsi səbəbindən Xəzəryanı ölkələrə planlaşdırılan bütün səfərləri ləğv etdi

Gunaz.tv

GünAz TV: İsrail Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) göstərişi ilə dövlət qulluqçularının MDB-nin (müstəqil dövlətlər birliyi) cənub ölkələrinə, xüsusən Xəzəryanı ölkələrə səfərinə qadağa qoyulub.

Yasaqlanan ölkələr arasında Azərbaycan da var. Bu məlumat “İzrus” portalı tərəfindən də təsdiqlənib.

Yayılan məlumatlara görə, cari həftə ərzində İsrail dövlət qulluqçularının Xəzəryanı dövlətlərə, xüsusilə Azərbaycana və Türkmənistana planlaşdırılan səfərləri ləğv edilib. Ekspertlərin (karşünasların) fikrincə, bu İsrail dövlətinin İranın  və “Hizbullah”ın terror cəhdlərinə qarşı önləyici addımıdır.

Xatırladaq ki, artıq Azərbaycan, Hindistan, Gürcüstan və Tailandda İsrail diplomatik nümayəndələrinə qarşı terror aktları (əməlləri) və ya terrora cəhd törədilmişdir.

Fevralın (February) 8-dən isə İsrail tərəfinin xahişi ilə bu ölkənin Ukraynadakı səfirliyi daxili qoşunlar tərəfindən mühafizə olunur. Azərbaycana gəldikdə isə daxili işlər nazirliyindən adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, səfirlik diplomatik korpusun (heyət) mühafizəsi üzrə xüsusi alay (qrup) tərəfindən qorunur. Mənbənin sözlərinə görə, son terror cəhdlərindən sonra səfirliyin mühafizəsi gücləndirilib. Yeni müsavat

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar