SON XƏBƏRLƏR

BMT Suriya ilə bağlı qətnamə qəbul etdi

2021.10.20, 07:36
BMT Suriya ilə bağlı qətnamə qəbul etdi

Gunaz.tv

GünAz TV: BMT Baş Assambleyasının (Birləşmiş Millətlər Təşkilatının Gənəl Qurumu) iclasında Suriya ilə bağlı qətnamə qəbul edilib.

BMT Baş Assambleyası səs çoxluğu ilə Suriya hökumətini pisləyən qətnamə qəbul edib. Qətnamədə bu ölkədə hökumət qüvvələri tərəfindən insan haqlarının və əsas azadlıqlarının kobud şəkildə pozulması kəskin tənqid edilib.

Sənəddə rəsmi Dəməşqə bütün bunlara son qoyaraq, əhalinin təhlükəsizliyinin təminatı və öz öhdəliklərinə əməl etmək çağırışı əks olunub. Rusiya, Çin və Suriya səsvermədə qətnamənin əleyhinə səs veriblər. Ümumilikdə qətnamənin lehinə 137, əleyhinə  12 ölkə səs verib, 17 ölkə isə bitərəf  qalıb. Misir tərəfindən hazırlanan qətnamə Suriyadakı böhrana son qoyulmasına və bu ölkəyə BMT-nin xüsusi elçisinin təyin edilməsinə xidmət edir. Amma bir müddətdir ərəb ölkələri nümayəndələrinin səsləndirdikləri təkliflər qətnamədə nəzərə alınmayıb. Belə ki, sənəddə Ərəb Ölkələri Liqası (Birliyi) və BMT-nin birgə sülhməramlı missiyasının həyata keçirilməsi nəzərdə tutulmur. Səsvermədən sonra çıxış edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin bəyan edib ki, qətnamə layihəsi balanslaşdırılmayıb. Onun sözlərinə görə Rusiyanın sənədə etdiyi dəyişikliklər qəbul edilməyib. Bu halda isə Rusiyanın qətnamənin əleyhinə çıxmaqdan başqa  yolu qalmır. Texniki səbəblərdən Qırğızıstan və Komor adaları səs verə bilməyiblər.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasından fərqli olaraq, Baş Assambleyada Rusiya və Çinin veto hüququ yoxdur. Bundan başqa, Baş Assambleyanın qətnamələri tövsiyyə xarakteri (mahiyyəti) daşıyır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar