SON XƏBƏRLƏR

Zamiq Məmmədli: ”İrandakı hakim rejim gec tez bu təzyiqlər qarşısında geriyə addım atmalı olacaq”- Müsahibə

2021.10.20, 07:36
Zamiq Məmmədli: ”İrandakı hakim rejim gec tez bu təzyiqlər qarşısında geriyə addım atmalı olacaq”- Müsahibə

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Çexiya Universitetinin əməkdaşı, siyasi şərhçi Zamiq Məmmədlidir.

 

- Zamiq bəy, İran- Amerika ziddiyyətinin sonunu necə görürsünüz?

 

-İrandakı hakim rejim gec tez bu təzyiqlər qarşısında geriyə addım atmalı olacaq. İranın illərdir apardığı siyasət bir ölkə olaraq onu dünyadan tədricə aparıb çıxardır. İran dünyada terrorizmi dəstəkləməyi, özünün təhlükəli nüvə proqramının əsl mahiyyətini gizlətməyi bir kənara qoyub öz imkanlarını İran xalqının rifahı, bölgədəki sülh, əməkdaşlıq və inkişaf üçün sərf etməlidir.

 

- Sizcə, İran belə meydan oxumaqla öz mövqeylərini qoruyub saxlaya biləcəkmi?

 

-İranın dünyadakı mövqeləri demək olar ki, zəifləyib, tez-tez sərt bəyənatlar vermək, hədə qorxular yağdırmaqla İran rejimi heç nəyə nail olmayacaq. İranı dəstəkləyən Çin və Rusiyanın maraqlarının toqquşacağı anda hadisələr tamamı ilə başqa istiqamətlərdə inkişaf edəcək, belə vəziyyət uzun sürməyəcək.

 

- Bununla yanaşı Güney Azərbaycan Milli Hərəkatı nə etməlidir?

 

-Azərbaycanlılar İranın həm mədəni, tarixi, iqtisadi inkişafına böyük töhvələr vermişlər və indi də İranın mövcudluğunu Azərbaycan türkləri olmadan təsəvvür etmək mümkün deyil. Amma ən çox əziyyət çəkən, məhrumiyyətlərə, İranın hakim rejimi tərəfindən siyasi təzyiqlərə və ayrımçılığa məruz qalanlar da İrandakı azərbaycanlılardır. Cənubi Azərbaycanda, öz tarixi torpaqlarında yaşayan milyonlarla azərbaycanlılar mədəni, iqtisadi və siyasi muxtariyyətlər əldə etmək uğrunda mübarizə aparmalıdırlar. Belə haqq və hüquqlar bütün mədəni ölkələrdə mövcud xalqların təməl haqqlarıdır.

 

Söhbətləşdi: Elnur Eltürk

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar