SON XƏBƏRLƏR

Edama məhkum edilmiş Yunis Ağayandan zorla etiraf almaq istəyirlər

2021.10.20, 07:36
Edama məhkum edilmiş Yunis Ağayandan zorla etiraf almaq istəyirlər

Gunaz.tv

GünAz TV: Hazırda məhbus həyatı yaşayan, edama məhkum edilmiş Əhli-Haqq təriqətinə mənsub soydaşımız Yunis Ağayan təzyiqlər altında saxlanılır.

 

Yunis Ağayanın ailəsi bildirib ki, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları Mahabad zindanına gedərək Ağayandan istəyiblər ki, 2004-cü ildəki silahlı qarşıdurmada iştirak etdiyinə dair etiraf versin. Həmçinin məhbusun barəsində çıxarılan edam hökmünün ləğv edilməsi üçün, ondan tövbənamə yazmasının tələb olunduğu bildirilir.

 

Qeyd edək ki, Yunis Ağayan 2004-ci il Qoşaçayın Üçtəpə kəndində Əhli-haqq (Ələvi) təriqətinə mənsub bir neçə soydaşımızla polis qüvvələri arasında baş verən silahlı qarşıdurmada tutuqlanıb və edama məhkum edilmişdir.

 

Silahlı qarşıdurma, Əhli-haqq tərəqətinə yerli məsullar tərəfindən təhqiramiz ifadələrinin işlədilməsi nəticəsində yaranmışdır. Tutuqlanan soydaşlarımızdan 5 nəfəri edama məhkum edilmişdir. Lakin Ali Məhkəmədə onlardan 3 nəfərinin (Səhəndəli Məhəmmədi, Bəxşəli Məhəmmədi, İbadullah Qasimzadə)  hökmü 13 il həbs cəzası ilə əvəz edilib və Yəzd zindanına sürgün ediliblər. Mehdi Qasimzadənin isə edam hökmü bir neçə il öncə Urmu Zindanında icra olunub. Yunis Ağayanın Hökmü isə, onun qarşıdurmada iştirak etmədiyi üçün, hələlik Ali Məhkəmədə təsdiqlənməyib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar