SON XƏBƏRLƏR

Fərdin Muradpur zindandan xəstəxanaya köçürülüb

2021.10.20, 07:36
Fərdin Muradpur zindandan xəstəxanaya köçürülüb

Gunaz.tv

GünAz TV: Təbriz zindanının məsulları azərbaycanlı fəal Fərdin Muradpuru müalicə etmək üçün, onun xəstəxanaya yerləşdirilməsinə icazə veriblər.

 

Göz nahiyyəsindən əziyyət çəkən azərbaycanlı fəal 2 ildir zindanda saxlanıldığı müddətdə doğru-dürüst müalicə olunmayıb və ağır şəraitdə saxlanıldığı üçün, onun səhhətindəki problem gündən-günə ağırlaşıb.

 

Muradpur təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığı zaman döyülüb və üz nahiyyəsindən işgəncəyə məruz qalıb. Məlumata görə, yaxalandıqdan öncə Muradpurun gözünün səhhətində heç bir problem olmayıb.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2009-cu ildə Təbrizin Elgölü parkında tutuqlanıb və məhkəmə tərəfindən 6 il həbsə məhkum edilib. O, iki ildən artıqdir Təbriz zindanında məhbus həyatı yaşayır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar