SON XƏBƏRLƏR

Azərbaycanın İrana verdiyi növbəti notasına hələ ki cavab gəlməyib

2021.10.20, 07:36
Azərbaycanın İrana verdiyi növbəti notasına hələ ki cavab gəlməyib

Gunaz.tv

GünAz TV: Rəsmi Bakının İranda saxlanılan azərbaycanlı şairlərlə görüşün təşkil edilməsinə dair Tehrana verdiyi növbəti notasına hələ ki cavab gəlməyib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Bildirib ki, Azərbaycan tərəfi İranda saxlanan vətəndaşların taleyinə aydınlıq gətirmək üçün səylərini davam etdirəcək. Nazirlik rəsmisi azərbaycanlı şairlərin narkotik (müxəddir) maddə qaçaqmalçılığı və israil əleyhinə casusluqda ittiham edilməsi barədə İran mediasının yaydığı məlumatları əsassız adlandırıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar