SON XƏBƏRLƏR

Dünya Enerji Bazarında Yeni Təşkilat: Qaz OPEK-i

2021.10.20, 07:36
Dünya Enerji Bazarında Yeni Təşkilat: Qaz OPEK-i

Gunaz.tv
2008-ci ilin son həftəsi dünya enerji bazarında yeni təşkilatın, mətbuatdakı populyar adı ilə “qaz Opeki”nin yaranması ilə əlamətdar oldu. Belə ki, Dekabrın 24-də Moskvada keçirilən 7-ci toplantısında Qaz İxrac Edən Ölkələr Forumunun (QİEÖF) rəsmi bir təşkilata çevrilməsi qərarlaşdırıldı. 12 ölkədən energetika nazirinin iştirak etdiyi toplantıda Forumun nizamnaməsi təsdiq edildi. Toplantı sonrasının maraqlı məqamlardan biri isə təşkilatın təsdiq edilən nizamnaməsinin mətbuata verilməməsi oldu. Ancaq KİV-də yer alan xəbərlərə görə, qaz sahəsində əməkdaşlıq edilməsini əsas məqsəd kimi müəyyənləşdirən QİEÖF ilk növbədə üzv ölkələr arasında çatışan maraqların minumuma endirilməsi üçün qaz istehsalı və daşınmasına dair lahiylər barəsində qarşılıqlı bilgi paylaşımının təmin edilməsinə çalışacaq. Bundan başqa təşkilat üzvlərinin beynəlxaq qaz bazarında ümumi mıənzərisini birlikdə araştırması nəzərdə tutulmaqdadır. Bundan başqa QİEÖF dünya bazarında əsasən neft qiymıətlərinə indekslənmiş qaz qiymətlərinin müəyyənləşdirilməsində alternativ mexanizm yaradacağı bildirilməkdədir. Moskva toplantısında iştirak edən ölkə nümayəndələri rəsmiləşən Forumun artıq bir mərkəzi qərargaha, katibliyə və icraçı direktora sahib olması məsələlərində də razılığa qəldilər. Bu çərçivdə ilk olaraq elə Moskvadakı toplantıda Formun mərkəzi gərargahı məsələsi ələ alındı. Rusiya tərəfi toplantıda təşkilatın mərkəzinin Sankt-Peterburq olması üçün ciddi səylər göstərdi. Belə ki, Dekabrın 23-də Baş Nazir Vladimir Putin verdiyi açıqlamada QİEÖF-nin gərargahının bu şəhərdə yerləşməsini təklif etdi. Putin açıqlamasında təşkilatın mərkəzi qəragahının Peterburqda olması halında, qərargahın bütün xərclərinin ölkə büdcəsindən ödənəcəyini və bu təşkilata diplomatik status verəcəklərini vəd etdi. Ancaq bu vədlərə baxmayaraq toplantıda keçirilən səsvermədə 6 ölkənin səsiylə təşkilatın qərargahının Qatarın paytaxtı Doha olması qəralaşdırıldı. Səsverməyə görə Peterburq 5 səslə ikinci, Tehran isə 1 səslə üçüncü oldu. Toplantı iştirakçıları da Forumun baş katib və icraçı direktor seçimi məsələlərinin 2009-cu ildə Dohada keçirilməsi nəzərdə tutulan növbəti iclasında müəyyənləşdirilməsi barədə razılığa gəldilər. QİEÖF-in rəsmiləşməsindən sonra Rusiya Energetika Naziri Sergey Şmatko toplantı sonrasında verdiyi açıqlamada “nəhayət ciddi ambisiyaları və hədəfləri olan müstəqil beynəlxalq təşkilat yaratdıqlarını” vurğuladı. Elə Baş Nazir Putin də Dekabr 23-dəki çıxışında “artıq ucuz qaz dörvünün qutardığını” bildirərək yeni təşkilatın bu sahədəki önəminə işarə vurmuşdu. Elə təşkilatın rəsmiləşməsində ciddi səylər göstərən Venesuelanın Enerji Naziri Rafael Ramirez QİEÖF-in qurulma məqsədinin OPEK-in meydana çıxma səbəbiylə eyni olduğunu açıqladı. Həm Putin həm də Ramirez QİEÖF-in bir monopoliya olmadığını qeyd etsələr də Qərbin bu prosesdən narahatçılıq keçirdiyi açıqca müşahidə olunmaqdadır. Hələ 2007-ci ilin Aprelində ABŞ Konqresi Dövlət Katibi Kondaliza Raysa göndərdiyi məktubda qurulması üşün səy göstərilən “Qaz OPEK”ni “qlobal suisitifadə və reket təşkilatı” kimi xarakterizə etmişdi. Yenə Moskva toplantısından sonra açıqlama verən ABŞ və AB rəsmiləri dəməclərində yeni qurulan təşkilatdan narahatçılıqları açıqca sezilməkdədir. Həqiqətən qlobal enerji bazarında qazın artan önəmi ilə barəbər qaz istehsalçılarının strateji rolu da artmışdır. Qərb baxımından əsas qaz rezerlərinin və istehsalının Qərbin, əsasən də xüsusən də ABŞ-ın problemli münasibətlərə malik olduğu ölkələrdə olması isə ciddi narahatçılıq yaratmaqdadır. Belə ki, müxtəlif mötəbər məınbələrə görə, dünyada təbii qaz ehtiyatlarının təxminən 27,2 faizi Rusiyada, 15, 8 faizi İranda, 2,5 faiz Venezueladadır. Xüsusən ABŞ-la gərginb münasibətlər içində olan bu ölkələr həm öz iqtisadi inkişafın motoru həm də qlobal güc mübazrizəsinin əsas stateji vasitəsi kimi enerjiyə böyük əhəmiyyət verməkədirlər. Bu ölkələr qlobal siyasətdə öz təsir güclərini artirmaq və hazırkı böhran vəziyyətində ciddi iqtisadi problemlərlə qarşı qarşıya qalmamaq üçün neft və qaz sahələrində həm ölkə bazlı, həm də ortaq təşəbbüslər vasitəsiylə fəallıq göstərməyə çalışmaqdadırlar. Rusya cəhətdən bu səylər içərisində neftlə müqayisədə qazın xüsusi strateji əhəmiyyəti var. Çünkü Rusiya daha əvvəl də qeyd etdiyimiz kimi dünya qaz ehtiyatlarının 27,2 faizinə malik olması və təxminən dünyadakı ümümi istehsalın 21 faizi həyata keçirməsi ilə ən mühüm qaz aktyoru statusundadır. Rəsmi Moskva İran və Venezuelanın fəal dəstəyi ilə qaz bazarında ciddi bir monopoloya qurabiləcəyini və bu prosesə iqtisadi maraq çərçivəsində başda Qatar (14,7 faiz) və Nigeriya olmaq üzrə müxtəlif qaz istehsalçı və ixracatçılarını cəlb edəbiləcəyi hesaplanmaqdaydı. Elə bu sahədəki proseslər də Rusiyanın ümitlərini doğruldan istiqamətdə inkişaf etmişdir. Rusiyanın ümildərini gücləndirən əlaqədar hadisələr isə əsasən üç istiqaməıt üzrə inkişaf etməkdədir. Bu proseslərdəki ilk istiqamət daha əvvəl də qeyd edildiyi kimi Qaz İxrac Edən Ölkələr Forumudur. Xatırladaq ki, qaz ixracatçıların ortaq hrərkət etməsinə dair ilk ideya hələ 1980-ci illərin sonunda Əlcəzair, Meksika və Niderland tərəfindən gündəmə gətirlmişdir. O zaman ideya kiomi gündəmə gələn bu təklif tamamiylə başqa aktyorlar tərfindən 2001 ilində Tehranda Qaz İxrac Edən Ölkələr Forumunun (GİEÖF) qurulması ilə həyata keçirildi. İlk başda qaz isethsal edən ölkələrin ümumi müzakirə formu xaraketini daşıyan qurum 2002-ci ildə Putinin qlobal neft qiymətlərinin tənzimləyən OPEK-ə bənzər təşkilat dönüşməsi təklifi ilə xüsusi önəm qazandı. Bu günə qədər rəsmi təşkilat statusu qərarının alındığı Moksva toplanatısı daxil 7 iclas keçirən GİEÖF-in 15 üzvü (BƏƏ, Boliviya, Bruney, Venezuela, Qatar, Ekvatoriya Qveniyası, Əlcazir, İndonesiya, İran, Liviya, Malaziya, Misir, Nigeriya, Rusiya, Trinidad Tobaqo) var. Bundan başqa Norveş və (Moskva toplantsından sonra) Qazaxistan isə müşahidəçi statusundarlar.Uuzn vədədə Rusiyanın MDB məkanındakı Türkməsintan və Azərbaycan kimi ölkələri də bu təşkilatda iştirak etməsi üçün səylər göstərəcəyi təxmin edilməkdədir. Rusiyanın qaz bazarında monopol yaratma səyləri içərisində bir digər cəhdi isə 21 Oktyabr 2008-də İran və Qatarla birlikjdə qurduğu “qaz üçlüsü”dür. Bu beynəlxalq təşkilatın məqsədi isə imzalanan qaz müqavilərininin koordinasyonunu nəzərdə tutmaqdadaydı. Bundan başqa Rusiyanın Qaz İstehsal VƏ Ixrac Edən Ölkələrdəki Milli Qeyri Hökümət Qaz Şirkətlərinin Beynəlxalq Assosasiyasını qurma ideyasını da gündəmə gətirmək istədiyi və bu çərçivədə MBD-dəki istehsalçıları bir təşkilatda birləştirmək istədiyi də bilinməkdədir. Ümumiləşdirəcək olursaq Rusiyanın İran və Venezuela kimi maraqlı dövlətlərlə bərabər qaz sektorunda beynəlxalq təşkilatlar qurma səyləri “Qaz OPEK”i və “Qaz Üçlüsü” kimi təşkilatların ortaya çıxmasına səbəb olmuşdur. Ancaq bu təşkilatların qurulması heç də Rusiyanın və əlaqdar dövlətlərin uğulu və problemsiz şəkildə qaz bazarını nəzarətə alacaqları mənası daşımamaqdadır. Əvvəla, neftlə müqayisədə qaz bazarı nisbətən fərqli qaydalarla tənzimlənməkdəir. Çunkü qaz ticatəri ölkələrin müstəqil ikitərəfli siyasətləri çərçivəsində formalşamaqdadır. Bu çərçivədə ölkələr öz qazlarını neftlə müqayisədə daha uzun müddətli müqavilələrlə satmaqdadır. Bu baxımdan hətta bir monopol təşkilat yaranmış olsa belə bunun qısa zamanda qaz qiymətlərini tənzimləməsi mümkün görünməməkədir. İkincisi, elə ölkələrin çatışan milli maraqları da müxtəlif problemləri bərabərində qətirməkdədir. Belə ki, ən son Moskva toplantısında Rusiya və İranın QİEÖF mərkəzi qərargah məsələsində birlikdə hərəkət etməmələri ABŞla yaxın münasibətləri olan Qatarın paytaxtı Dohanın seçimi qazanmasına səbəb oldu. Yenə ABŞ-ın təşkilatın bəzi üzvləri vasitəsiylə daha qətiyyətli hərəkət etməsini əngəlləmə imkanlarını da unutmamaq lazımdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar