SON XƏBƏRLƏR

Ermənilər Azərbaycan Ordusunun bir əsgərini öldürüb, birini isə yaralayıblar – YENİLƏNİB-2

2021.10.20, 07:36
Ermənilər Azərbaycan Ordusunun bir əsgərini öldürüb, birini isə yaralayıblar – YENİLƏNİB-2

Gunaz.tv
Ermənilər Azərbaycan Ordusunun bir əsgərini öldürüb, birini isə yaralayıblar – YENİLƏNİB-2 esgeratesh.jpg Tərtər. Teymur Zahidoğlu - APA. Ötən gecə Tərtər rayonunun Qapanlı kəndi istiqamətində ermənilər Azərbaycan Ordusunun bir əsgərini öldürüb, birini əsgəri isə yaralayıblar. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan Silahlı Qüvvələrinin 4 hərbçisi cəbhənin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçərək əsgərlərə atəş açıblar. Bir əsgəri öldürüb, birini isə yaralayan ermənilərin onların silahlarını götürüb, geri qayıtdıqları bildirilir. İlkin məlumata görə, bir qrup erməni kəşfiyyatçısı posta yaxınlaşaraq, özünü komandir kimi təqdim edib, postu yoxlamaq istədiklərini bildirib. Səngərdə olan əsgərlərdən biri gələnlərin komandirləri olmadığını başa düşəndə isə düşmən atəş açmağa başlayıb. Atəş nəticəsində Zaqatala rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, 1989-cu il təvəllüdlü Xaşayev Üzeyir Elşad oğlu həlak olub. Başqa bir əsgər Şeyibov İslam Şeyib oğlu isə yaralanıb. Onun da Zaqatala rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırıldığı bildirilir. Qeyd edək ki, ölən və yaralanan əsgərlərlə bağlı bəzi məqamlar məlum olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölən əsgər Zaqatala rayonunun Danaçı, yaralanan əsgər isə Yuxarı Tala kənd sakinidirlər. Hadisə ilə bağlı Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar