SON XƏBƏRLƏR

Mahmud Əhmədinejada 10 milyonlarla şikayət məktubu göndərilib

2021.10.20, 07:36
Mahmud Əhmədinejada 10 milyonlarla şikayət məktubu göndərilib

Gunaz.tv

GünAz TV: İran prezidentinin ictimaiyyətlə əlaqələr şöbəsi Mahmud Əhmədinejada hakimiyyətdə olduğu müddətdə göndərilən məktublar barədə açıqlama yayıb.

Açıqlamaya görə, İran prezidenti Mahmud Əhmədinejada hakimiyyətdə olduğu 6 il ərzində 35 milyon məktub gəlib.

Məktubların 25 faizi məhkəmə işi ilə əlaqədar olduğundan onlar baxılması üçün müvafiq orqanlara göndərilib. 583 min 333 saatda oxunan məktubların 40 faizi dolanışıq, 20 faizi işsizlik, 15 faizi bank, 25 faizi isə mənzil və səhiyyə problemləri ilə bağlı olub.

Qeyd edək ki, qeyri-rəsmi açıqlamalara görə, İran daxilində ictimai gərginlik və rejimə qarşı narazılıq daha şiddətlidir. Məhkəmələrə müraciət olunan şikayətlər arasında bank və boşanma məsələləri birinci yerlərdədir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar