SON XƏBƏRLƏR

Şəhnaz Qülaminin tutqlanması üzərinə . Güntay Gəncalp

2021.10.20, 07:36
Şəhnaz Qülaminin tutqlanması üzərinə . Güntay Gəncalp

Gunaz.tv
Güntay Gəncalp Şəhnaz Qülaminin tutqlanması üzərinə - Güney Azərbaycanda milli fəalların, milli kadrların tutuqlanmalarının artmasına tanıq oluruq. Bunun toplum içində dəyişən sosial psixologiya ilə bir bağlantısı varmı? - Bu tutuqlanmaların sayının artması iki durumun göstərgəsidir: 1. Türk milli kimliyi sürəkli bir yüksəliş halındadır. 2. Rejimin oluşdurduğu qorxu hissləri çökmüşdür. Bunların hər ikisi də çox önəmli sosial etkənlərdir. Yəni türklüyün yazqısı açısından çox önəmlidir. - Qorxu hissinin ortadan qalxması nə deməkdir? Yəni rejim qorxu doğuran politikalarınımı azaltmış, yoxsa cəmiyyətin rejimin bu politikasına qarşı davranışlarımı dəyişmiş? - Rejimin cəmiyyəti qorxutma politikası və teknikləri get-gedə artmaqdadır. Dini rejimlər əsasən qorxu üstündə qurular. Tanrıdan qorxutmaq. Ancaq Tanrı iradəsinin yer üzündəki təmsilçisi siyasətçi dindar olduğu üçün rejimin leqallığı Tanrı tərəfindən sağlandığı üçün, ölkəni idarə edənlərin iradəsinə qarşı gəlmək, Tanrı iradəsinə qarşı gəlmə kimi təbliğ edilir və müxaliflərlə də buna görə davranırlar. Rejimin qorxu yaratmaq üçün bütün imkanları səfərbər edilmişdir. Ən qorxunc işkəncələrdən tutmuş hər tür sosial hüquqdan məhrum etmələrə qədər bunu tətbiq eməkdədirlər. Söz konusu rejimin Azərbaycan üzərinə basqılarının azalması deyil, kəsinliklə belə deyildir. Söz konusu Azərbaycanda bu qorxuya qarşı mübarizə aparan və Türk milli iradəsi ilə öz şüurunu və vicdanını donatmış, təchiz etmiş cəsur mübarizlərin ortaya çıxmasıdır. Önəmli olan budur. Bütün tarix boyu belə olmuşdur. Yəni millətin duyğularını sarmış qorxu divarları cəsarətli özgürlükçülərin iradəsi hesabına, mübarizəsi nəticəsində uçmuş, uçurulmuşdur. - Güney Azərbaycanda ulusal doğrultuda aydınlama ilə bu özgürlükçü ulusçuların cəsur davranışları arasında bir bağlantı qurmaq mümkünmü? - Bəzi qaranlıqları yazmaq, oxumaqla sökmək mümkün olmur. Cəsarətli və qorxmazca bir davranış millətin aydınlanmasında çox böyük rol üstlənir. Təsəvvür ediniz ki, Abbas Lesaninin mübarizə şəkli ulusal vicdanın oyanışında nə qədər etkili oldu. Zahirən bunları biz somut bir olay timsalında görümürük. Lakin tarixin axışı içində bunlar üzə çıxır. Buna ”olaysız oluşum” deyəlim. Yəni bir şeylər olur, oluşur, ancaq bu oluşum hansısa bir olay timsalında deyildir. Bu oluşumlar millətin zehnində, vicdanında baş verir. Nəticəsini milli mübarizənin axışı içində görəcəyik. - Şəhnaz Qülaminin tutuqlanmasını bu açıdan necə dəyərləndirmək olar? - Bəzi insanlar böyük işlər üçün doğulurlar. Ancaq bu böyük işi etmənin zamanı var. O zaman gələnə qədər böyük iş üçün doğulmuş olan insan bilgi birikdirir, mübarizənin, böyük iş görmənin teknik tərəflərini öyrənir. Bunu tərcümə etdiyim klasiklərin bir anlatısı ilə anlatmaq istərdim: Əttar Nişaburi Simorğ adlı əsərində anladır ki, quşlar uzun yolçuluğua çıxmaq istərkən deyirlər ki, təhlükəli səfərdir, getməyin. Quşlardan birisi deyir ki, getməsəm olmaz. Çünkü: ”Xilqətim yoğrulub, yapıldığı dəm Yalnız bu iş üçün göndərildim mən.” Çox doğru bir təsbitdir. Mən də belə inanıram. İnanıram ki, bu dünyaya böyük işlər görmək üçün gələn insanlar var. Onların önünü kəsmək olmaz. Zindanla, işkəncə ilə onları qorxutmaq olmaz. Bütün bu zindanlar və işkəncələr o adamın daha da təcrübə qazanmasına və böyük iş görmə yolundakı iradəsinin yetişməsinə səbəb olur. Xatırlarsınız bizim milli şəxsiyətlərimizdən biri olan Əkbər Bəy Azad tutuqlandığı zaman zindandan millətimizə necə mesaj göndərmişdi. Əkbər Azad ailəsinə məktub yazıb demişdi ki, Azərbaycanın aydın gələcəyi bu qaranlıq zindanlardan doğacaqdır. Bəlkə mənim üçün bu sözləri yazmaq bir az asandır. Mən bilirəm ki, onlar o zindanda necə əziyətlər çəkirlər. Ancaq unutmamalıyıq ki, onlar bizə millət olmanın əxlaqını öyrədirlər. Şəhnaz Qülaminin cəsarətini, ədalət anlayışını bu açıdan baxaraq anlamaq mümkün ola bilər, deyə düşünürəm. Şəhnaz Qülami könüllü şəkildə mübarizə yoluna girmişdir. Onun özgürlükçü vicdanı onu bu yola çəkmişdir. - Şəhnaz Qülaminin uluslar arası insan haqları dərnəkləri, örgütləri tərəfindən tanınması üçün gedən fəaliyətlər hansı boyutdadır? - Şəhnaz xanımın tanınması üçün hər kəs əlindən gələni etməlidir. Bu, bizim milli görəvimizdir. Dünyanın bütün vicdanlı insanlarını Şəhnaz xanımın haqlarını qorumağa çağırmalıyıq. Bu çox önəmlidir. Ancaq ən önəmlisi də millətimizin vicdanına şikayət etməliyik durumu. Azərbaycan milləti öz qəhrəman qızına sahib çıxmalıdır. Bu sahib çıxma sadəcə Şəhnaz Qülamiyə sahib çıxma olmamalıdır. Qarşımızdakı günlərdə bu şəkildə basqılara sıx-sıx rastlanacağıq. Ona görə də Şəhnaz Qülaminin milli azadlıq görüşünü anlamalı, anlatmalıyıq. Şəhnaz xanımın timsalında buna çalışmalıyıq. Bunun üçün özəlliklə GÜNAZ TV-nin üzərinə böyük məsuliyət düşür. Məncə hər proqramın arasında onun təsviri bəzi etkili yazılarla verilməlidir. Bakıdakı özəl kanallar da bu işi görə bilərlər, ancaq sanmıram onlar belə önəmli mübarizəyə dəstək versinlər. Şəhnaz xanım kimi şəxsiyətlər həm daxildə, həm də xaricdə millətin birləşməsinə təkan verilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar